Teatr sahəsində islahatlar davam edəcək

 

   İyulun 15-də mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Bakıda və bölgələrdə fəaliyyət göstərən teatrkonsert müəssisələrinin rəhbərləri ilə görüş keçirdi.

  

   M.F.Axundov adına Milli Kitabxanada keçirilən tədbirdə nazir müavini Mədəniyyət və Turizm Nazirliyinin təşkilindən bu günə qədər teatr-konsert müəssisələrinin fəaliyyətindən, görülən işlərdən, əldə olunan uğurlardanmövcud problemlərdən danışdı. O, geniş və əhatəli çıxışında «Teatr haqqında» Qanunun qəbul olunmasını, “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı"nın təsdiq olunaraq icrasına başlanmasını mühüm hadisə kimi qiymətləndirdi.

   Nazir müavini bu müddətdə teatrkonsert müəssisələrində həyata keçirilən islahatlara toxunaraq yeniliklərin bundan sonra da davam etdiriləcəyini bildirdi. Görüşdə qarşıda duran vəzifələrin icrası ilə bağlı teatrkonsert müəssisələrinin rəhbərlərinə tapşırıqlar verildi.

  

 

   İntiqam Hacılı

 

   Mədəniyyət.- 2010.- 16 iyul.- S. 3.