Milli turizm mükafatı müsabiqəsi keçirilir

 

   Bakı Turizm İnformasiya Mərkəzinin təşkilatçılığı ilə milli turizm mükafatı müsabiqəsi keçirilir. Mərkəzin mütəxəssisi Xəyalə Şahbazovanın qəzetimizə verdiyi məlumata görə, milli turizm mükafatı Azərbaycanda daxilixarici turizmin inkişafını dəstəkləmək, həmçinin turistlərə göstərilən xidmətin keyfiyyətini yüksəltmək, kütləvi informasiya vasitələrinin turizm mövzusu ilə bağlı yaradıcılıq potensialını gücləndirmək üçün təsis olunub.

   Müsabiqədə idarə və təşkilatlar, turizmmehmanxana biznesinin nümayəndələri, turizm sahəsində kadr hazırlığı ilə məşğul olan müəssisələr, ayrı-ayrı jurnalistlər və KİV-lər də iştirak edə bilərlər. Müsabiqə ən yaxşı turoperator, ən yaxşı 5, 4, 3 və 2 ulduzlu hotel, turist qruplarına ən yaxşı xidmət göstərən restoran, turizm mövzusuna həsr edilmiş ən çox məqalə, turizmlə bağlı hazırlanmış ən yaxşı televiziya verilişi və ən yaxşı turizm mərkəzi daxil olmaqla, 12 nominasiya üzrə keçiriləcək.

   Mükafatın laureatlarına diplom və xatirə nişanları təqdim olunacaq.

   Müsabiqədə iştirak etmək üçün lazım olan ərizə forması sentyabrın 1-dək Bakı Turizm İnformasiya Mərkəzinə göndərilməlidir. Mükafat laureatlarının təltif edilməsi mərasimi 27 sentyabr - Dünya turizm günündə keçiriləcək.

 

 

   Fəxriyyə

 

   Mədəniyyət.- 2010.- 16 iyul.- S. 4.