Qafqaz qartalının uçuşu” sənədli filminin çəkilişi başa çatıb

 

    “Salnamə” kinostudiyasından verilən məlumata görə, II Dünya müharibəsində qəhrəmanlıq göstərmiş azərbaycanlı təyyarəçi Hüseynbala Əliyevdən bəhs edən “Qafqaz qartalının uçuşu” sənədli filmi təhvil verilib.

  

   Rusiyanın “Lennauçfilm” studiyası (Sankt-Peterburq) ilə birgə çəkilən film iki variantda - Azərbaycan və rus dillərində olacaq. Çəkilişlər Sankt-Peterburq və Bakı şəhərlərində aparılıb. Sankt-Peterburqda filmə baxış keçirən kino mütəxəssisləri ekran əsərini yüksək qiymətləndiriblər.

   Qeyd edək ki, filmin rejissoru Tahir Əliyev, ssenari müəllifi Valentina Qurkalenko, operatoru Maksim Konavalçuk və Elxan Rüstəmovdur.

   “Qafqaz qartalının uçuşu” sənədli filmi payız aylarında tamaşaçılara təqdim olunacaq.

  

 

   Yeganə

 

    Mədəniyyət.- 2010.- 16 iyul.- S. 3.