Dövlət
Film Fonduna yeni arxiv materialları təqdim edilib
Azərbaycanın ilk qadın kinomexaniki
Nailə Bədəlovanın
sənədləri, orden-medalları
və başqa arxiv materialları Dövlət Film Fonduna təqdim edilib. Bu materialları Film Fonduna Nailə Bədəlovanın qızı
Sevinc Bədəlova təqdim edib.
Qeyd etmək lazımdır
ki, Nailə Bədəlova 30-cu illərdən
Bakı kinoteatrlarında
kinomexanik işləməyə
başlayıb. O, Bakının
o zaman məşhur kinoteatrlarından “Təyyarə”,
“Forum” və “Nizami”də
50-ci illərin sonlarına
qədər kinomexanik
kimi fəaliyyət göstərib. Böyük Vətən Müharibəsinin
iştirakçısı olub
və bir çox orden, medallarla təltif olunub.
Bununla yanaşı, Dövlət
Film Fonduna tanınmış
kinoşünas, sənətşünaslıq
namizədi Arzu Bağırovun şəxsi
kitabxanası və arxivi verilib. Arzu Bağırov Memarlıq və İncəsənət
İnstitutunda çalışıb.
Sənədlər və
kitabxana onun qohumu, tanınmış bəstəkar Eldar Mansurov tərəfindən
fonda təqdim
olunub.
Mədəniyyət.- 2010.- 16 iyul.- S. 4.