Naxçıvanda
«Milli mətbuat günü»nə həsr olunmuş sərgi
Azərbaycan milli mətbuatının 135 illik yubileyinin keçirilməsi haqqında ölkə başçısının sərəncamına uyğun olaraq Cəlil Məmmədquluzadə adına Naxçıvan Ədəbiyyat Muzeyində “22 iyul Milli Mətbuat günüdür” adlı sərgi açılıb.
Muzeydən verilən məlumata görə, ekspozisiyada təşkil olunan sərgidə Vəli Məmmədovun “Əkinçi” qəzeti, tərtibçi Tural Həsənzadənin “Əkinçi”, Xeyrulla Məmmədovun “Əkinçi”dən “Molla Nəsrəddin”ə qədər, professor Abbas Zamanov tərəfindən avtoqrafla muzeyə hədiyyə edilmiş “Əkinçi” qəzetinin 50 illiyinə həsr olunmuş “Əkinçi” qəzeti və başqa kitablar nümayiş etdirilir.
Mətbuat tariximizi əks etdirən Dadaş Bünyadzadənin “Kəşkül və nəğmələr” məcmuəsi, İslam Ağayevin satirik “Zənbur” jurnalı, “Tuti” jurnalı (1916-cı il) başqa qəzet və jurnal materialları, rəssam Nəcəfqulu İsmayılovun “Həsən bəy Zərdabi “Əkinçi” qəzeti redaksiyasında” əsərinin surəti sərginin maraqlı materiallarındandır.
Mədəniyyət.-
2010.- 16 iyul.- S. 11.