Daşkəsəndə
alban məbədi aşkar
edilib
Daşkəsənin Çovdar kəndindən
3 kilometr kənarda, meşəlik ərazidə qədim alban məbədi
aşkar edilib. Divar qalıqlarından məlum olur ki, 4-5-ci əsrlərə
aid olan bu abidənin ətrafında köməkçi təsərrüfat
tikililəri də mövcud olub.
Rayonun Mədəniyyət və
Turizm Şöbəsinin müdiri Elçin Qurbanov bildirib ki,
aşkar edilmiş abidə Daşkəsənin tarixi abidələri
sırasında sayca 53-cü, alban abidəsi kimi isə
4-cüdür. Məbəd nəzarətə
götürülüb, bu barədə Mədəniyyət və
Turizm Nazirliyinə məlumat verilib.
Şöbə müdirinin sözlərinə
görə, rayonda alban memarlıq üslubunda olan əvvəlki
3 məbədin regionların sosial-iqtisadi inkişafı
Dövlət Proqramına əsasən bərpa olunması nəzərdə
tutulub.
Mədəniyyət.- 2010.-
16 iyul.- S. 11.