Dövlət Kino-Foto Sənədləri Arxivinə yeni sənədlər təqdim olunub
Dövlət Kino-Foto Sənədləri
Arxivi “Salnamə” sənədli filmlər studiyasından 35
millmetrlik kinolentdə çəkilmiş, 682 saxlama vahidindən
ibarət kino sənədini qəbul edib. Milli Arxiv İdarəsindən
bildiriblər ki, 2004-2008-ci illəri əhatə edən sənədlər
Prezident İlham Əliyevin iştirak etdiyi tədbirləri və
ictimai həyatın müxtəlif sahələrini əks
etdirir. Daimi dövlət mühafizəsinə
götürülmüş kino sənədləri artıq rəsmi
qeydiyyata alınıb və bundan sonra müəyyən
olunmuş qaydada mövzular üzrə sənədləşdiriləcək.
Mədəniyyət.-
2010.- 21 iyul.- S. 2.