Tariximizin
yaddaşı: Bakı
kəndləri – Ramana
Qədimliyi, tarixi-mədəni zənginliyi ilə seçilən Bakı kəndlərindən biri də Ramanadır. Tarixçilərdən S. Aşurbəyli və S. Vəliyevin fərziyyələrinə görə, Ramana kəndinin adı romalılarla, roman tayfaları ilə (Roma imperiyasının legionları eramızın birinci əsrində Abşeronda olmuşlar) əlaqədardır. Digər fərziyyəyə görə, Ramana sözü iki fars sözünün birləşməsindən əmələ gəlmişdir: rahi - yol, mani - kəsən, kəsişən. Əvvəllər Abşeron kəndlərinin yolları Ramanada kəsişərmiş. Hazırda Ramana kəndini ətrafla əsasən iki yol birləşdirir: Şəhər şossesindən ayrılan yol Muxtarov sahəsindən keçib kəndə qədər uzanır. İkinci yol isə aeroporta gedən yolla birləşir.
Sovet hakimiyyətinin ilk illərində Ramana kəndinin ərazisində neft quyuları qazılıb. Bununla əlaqədər kəndin cənub-qərbində (aeroport yolunun kənarında) Yeni Ramana qəsəbəsi inşa edilib, əhalinin bir hissəsi oraya köçürülüb.
Kənddə orta məktəb, poçt, ATS və üç məscid fəaliyyət göstərir. Kəndin ortasındakı meydanda Qurban məscidi, hamam, klub, kitabxana, bələdiyyə, icra hakimiyyətinin nümayəndəliyi, ATS və dükanlar yerləşir. Kəndin şərqində daş və çınqıl karxanaları olub. Hazırda daş karxanaları fəaliyyətdədir. Bakının bir çox köhnə tikililərində Ramananın sarıqaya daşından istifadə olunub.
Tarixi abidələr
Ramana kəndində bir
neçə qədim
tarixi abidə var. Qərb tərəfdəki
yolla kəndə yaxınlaşarkən qaya
üzərində inşa
edilmiş əzəmətli
tikili nəzəri cəlb edir. Bu məşhur Ramana
qalasıdır. Eynilə Mərdəkan
qalasını xatırladır.
Qalanın acınacaqlı
tarixi var. Ötən əsrin 30-cu illərində
qalanın bir hissəsi, eləcə də qalanın yaxınlığındakı həyətlər,
o cümlədən Ramana
kəndinin tanınmış
tikililərindən olan
Bakıxanovların və
Hacınskilərin evləri
dövlət tərəfindən
sökülərək daşları
başqa tikintilərdə
istifadə edilib. Söküntü işləri zamanı
qalanın həyətinə
giriş hissəsindəki
portalının üzərində
olan daş kitabə dağıdılıb.
1950-ci illərdə Qabil adlı kənd sakini öz hesabına qalanı bərpa etməyə başlayıb.
Sonra isə qala dövlət
tərəfindən bərpa
edilib. Bərpa işlərinin layihəsini
L. Mamikanov və
İ. Revazov tərtib
ediblər.
XIV əsr abidəsi olan Ramana qalasında “Koroğlu”, “Nəsimi”, “Babək” filmlərindən
kadrlar lentə alınıb. Qalanın qarşısında
hündür qaya parçası diqqəti cəlb edir. Dahi sənətkarımız Bülbül
Koroğlu ariyasını
da məhz o qayanın üzərində
oxuyub. Ramana qalası turistləri
cəlb etmək üçün əlverişli
olsa da, hələlik bu yöndə yetərincə
təmir-bərpa işi
görülməyib.
Qala məscidi (Xəlifə
Əli məscidi)
1323-1324-cü illərdə sal qaya üzərində
inşa edilib. Məscidin ərazisi 1636-cı ildən
genişləndirilib. Nəriman məscidi
1898-ci ildə inşa
edilib. Məscidin adı onu inşa etdirən şəxsin adı ilə bağlıdır.
Qurban məscidi də 1901-ci ildə Qurban adlı kənd sakini tərəfindən inşa edilib.
Sovet hakimiyyətinin ilk illərində klub kimi istifadə edilən məscidin mehrabı sökülüb.
Məsciddə akustika güclü
olduğundan 1937-ci ildə
onun günbəzini də söküblər.
Sovet hakimiyyətinin süqutundan
sonra günbəz yenidən inşa edilib. Yuxarıda qeyd olunan məscidlərdən əlavə,
kənddə vaxtilə
məhəllə məscidləri
də olub.
Kənddə üç böyük
hamam fəaliyyət göstərib. Onlardan başqa
məhəllə və
həyət hamamları
olub. Meydanda yerləşən Hacı Mövlud hamamı 1899-cu ildə inşa edilib. Kəlbə Baxşəli hamamının
isə 1880-ci ildə inşa edildiyi deyilir. Dörd sütunlu portalı
olan hamamı 1939-cu ildə söküb yerində neft quyusu qazıblar.
Puteyev hamamı neft
sənayesinin inkişafı
ilə əlaqədar
inşa edilib. Hamamda su buxar qazanları
vasitəsi ilə qızdırılıb.
Kəndin şimal tərəfində
dəmir betondan inşa edilmiş maraqlı bir tikili var. Bu tikili dayaqlar üzərində qurulmuş böyük həcmli su anbarıdır. Anbar vaxtilə
neft sahibkarları tərəfindən inşa
edilib. Kəndin içində 2 ovdan
olub. Kəndin Şərq hissəsində
Sahib bağı yerləşirmiş. Bağın içində
və yaxınlığında
qayaya çapılmış
2 ovdan var idi. Əfsuslar olsun ki, bağın sahəsi fərdi evlər tikmək üçün
paylandıqdan sonra ovdanlar ləğv edilib.
Qədim
tikililər, tarixi evlər
Kənddə əsasən
üç böyük
məhəllə var:
Qala dibi, Aşağı və Yuxarı məhəllə.
Həmin məhəllələr də nəsillərə,
tayfalara görə bölünüb. Qala dibi
məhəlləsində Bakıxanovların
evləri olub. Kəndin qəbiristanlığında Bakıxanovların
əcdadlarının üç
məzarı var.
Neft sahibkarlarından Zəfər və Qurban Babayevlərin kənddəki evində hazırda klub, kitabxana və bələdiyyə idarəsi
yerləşir.
Ramanada Məmmədxanlılar,
Maşılılar, Mollalılar,
Məmmədtağılılar, Meybalılar, Eyvazlılar,
Rəhimlilər, Ərəblilər,
Seyidlilər, Mirzəbəylilər,
Qənbərlilər kimi
geniş tanınan tayfalar olub.
Ramana kəndinin sakinləri,
neft sənayesi inkişaf etməmişdən
əvvəl əkinçilik
və maldarlıqla məşğul olublar.
Əkin sahəsinin müəyyən
hissəsində pambıq
da əkiblər.
Qala cinsli qoyun və
at saxlayıblar.
Ramana Mədəniyyət
evinin bədii rəhbəri Şərəf
Talıbova mədəni
fəaliyyətlərindən söhbət açır:
“Burada müxtəlif özfəaliyyət dərnəkləri,
instrumental ansambl, uşaq
dram dərnəkləri fəaliyyət
göstərir. Hər il
müxtəlif konsertlər,
tamaşalar hazırlayır,
geniş şəkildə
bayramları qeyd edirik”. Şərəf
xanım ənənəvi
baxış müsabiqələrində
iştirak etdiklərini
də dedi.
Kənd
içində yayılan
məzəli əhvalatlar
Ramana kəndinin sakinləri
arasında bir çox məzəli əhvalatlar yayılıbdır.
Onlardan bir neçəsini sakinlər danışıb.
Deyilənlərə görə,
ramanalı bir kişi mədrəsənin
qarşısından keçərkən
oğlunun ağlamaq səsini eşidir və oraya daxil
olur. Görür ki, molla onun oğlunun ayaqlarını falaqqaya salıb döyür.
Ata uşağın ayaqlarını açır
və mollanın ayaqlarını falaqqaya salıb onu uşaqlara yaxşıca döydürür.
Digər maraqlı hadisə Lenin ilə bağlıdır. 1924-cü ildə Lenin ölərkən “Leninneft” idarəsinin 12-ci mədənində iclasa yığılırlar. Bir neçə çıxışdan sonra, mədəndə işləyən Əliməmməd adında savadsız fəhləyə söz verilir. O bir qədər fikrə getdikən sonra deyir: “Öldü Lenin, çarəmiz nədir? Yaşasın Stalin!”
Yeganə
Cansail
Mədəniyyət.- 2010.-
21 iyul.- S. 15.