Milk&Kissesqrupu Yurmala musiqi festivalında

 

    YurmaladaYeni dalğa-2010” musiqi festivalının təntənəli açılış mərasimi keçirilib. Mərasimə Azərbaycanı bu yarışmada təmsil edənMilk&Kissesqrupu da qatılıb.

    Qrup üzvləri Dilarə Kazımova Fəridə Nelson Azərbaycanın Latviyadakı səfiri Tofiq Zülfüqarovla görüşüblər. Səfirlə görüşdən məmnunluqlarını bildirən ifaçılar beynəlxalq festivalda Azərbaycanı layiqincə təmsil edəcəklərini vurğulayıblar.

   Açılışda təmsilçilər bu il ənənəvi olaraq plitə üzərində fiqurlar çəkib öz ürək sözlərini yazıb. Bununla da müsabiqə iştirakçılarıYeni dalğa”nın tarixinə öz adlarını həkk ediblər.

   Azərbaycan təmsilçiləri plitə üzərində buta butanın içində Azərbaycanın odlar yurdu olduğunu göstərən üç od təsviri çəkiblər.

 

 

   Mədəniyyət.- 2010.- 23 iyul.- S. 3.