Fərhad Bədəlbəyli Londonda konsert verib

 

   Bakı Musiqi Akademiyasının rektoru, məşhur pianoçu, Xalq artisti Fərhad Bədəlbəyli Londonun “Cadogan Hall” salonunda konsert proqramı ilə çıxış edib. Proqramda Sergey Raxmaninov və digər bəstəkarların əsərləri səsləndirilib. Fərhad Bədəlbəylini səhnədə tanınmış dirijor Dmitri Yablonskinin rəhbərliyi ilə London Kral Filarmoniya Orkestri müşayiət edib.

   Bundan əlavə, iyulun 9-dan 13-dək “Cadogan Hall”da dirijor Dmitri Yablonskinin rəhbərlik etdiyi London Kral Filarmoniya Orkestrinin müşayiəti ilə Azərbaycan bəstəkarlarının musiqiləri lentə alınıb.

   Konsertdə Fərhad Bədəlbəyli və Murad Adıgözəlzadə solist kimi çıxış ediblər. İki ildən sonra “Naxos Rights International Limited” şirkətində onların əsərlərindən ibarət disk işıq üzü görəcək.

 

 

   Mədəniyyət.- 2010.- 23 iyul.- S. 4.