Rejissor Həbib İsmayılovun arxivi Film Fonduna təqdim olunub

 

Görkəmli Azərbaycan kinorejissoru Həbib İsmayılovun şəxsi arxivi və qiymətli sənədləri Dövlət Film Fonduna təqdim olunub. Fondun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev bildirib ki, həmin sənədlər kinoşünas, Əməkdar incəsənət xadimi Aydın Kazımzadənin köməyi ilə əldə edilib. Həbib İsmayılov Azərbaycanın kino tarixində layiqli yer tutan Ögey ana, Böyük dayaq kimi məşhur filmlərin quruluşçu rejissoru olub.

 

 

Mədəniyyət.- 2010.- 23 iyul.- S. 4.