Milli
Kitabxanada yeni texnologiyalar
M.F.Axundov adına Milli
Kitabxana yarandığı (1923) uzaq illərdən
başlayaraq həmişə dövlətin diqqət mərkəzində
olub.
1998-ci ilin dekabrında Milli Məclis
tərəfindən qəbul edilən və 1999-cu ilin
martında qüvvəyə minən «Kitabxana işi
haqqında» Azərbaycan Respublikasının Qanunu
bütövlükdə kitabxana işi sahəsində yeni mərhələ
açaraq Milli Kitabxananın inkişafında da mühüm
rol oynayıb. Prezident İlham Əliyevin 2007-ci il 20 aprel
tarixli «Azərbaycan kitabxanalarının fəaliyyətinin
yaxşılaşdırılması haqqında» sərəncamı
və bu sahədə Dövlət Proqramının qəbul
edilməsi Milli Kitabxananın fəaliyyətinə də əlavə
təkan verib. Milli Kitabxanada son illər əldə olunan
nailiyyətlər də bunun göstəricisidir.
Kitabxananın modernləşdirilməsi yönümündə
mühüm addımlar atılıb, şöbələrin
strukturuna yenidən baxılıb, elektron kataloq sisteminin əsası
qoyulub.
Kitabişləmə və kataloqlaşdırma şöbəsi Milli Kitabxananın strukturunda ilk fəaliyyətə başlayan şöbələrdən biridir. İlk dövrdə komplektləşdirmə, ədəbiyyatın işlənməsi və kataloqların tərtibi ilə kompleks şəkildə məşğul olan şöbənin əsasında 1947-ci ildə iki struktur - Komplektləşdirmə, Kitabişləmə və Kataloqlar şöbələri təşkil olunub. 1960-cı ildə Milli Kitabxananın yeni (indiki) binaya köçürülməsi ilə əlaqədar olaraq onun tərkibində yeni şöbələr - Not-musiqi, Nadir kitablar, Katroqrafiya və İzoqrafiya və s. şöbələr yaradılıb və bundan sonra nadir nəşrlər, notlar, standartlar, atlas və xəritələr işlənib uyğun fondlara təhvil verilib.
Kitabişləmə və kataloqlaşdırma şöbəsi də artıq bir neçə ildir ki, öz işlərini kompyuter vasitəsilə həyata keçirir.
Şöbənin
başlıca vəzifəsi rus dilində
olan çap məhsullarının
biblioqrafik təsvirini verməkdən, əlifba
kataloqunu təşkil etməkdən,
şöbənin kataloq sisteminin
elmi və texniki redaktəsini
həyata keçirməkdən ibarətdir. 2004-cü ildən
şöbə ölkəmizdə nəşr olunan
rusdilli ədəbiyyatı işləyib
Azərbaycan ədəbiyyatının arxivi
şöbəsinə təhvil verilməsini də həyata keçirir. Bu vəzifələri
icra etmək üçün
şöbədə 3 bölmə fəaliyyət göstərir:
məcburi nüsxələrin işlənməsi, təkrar
nüsxələrin işlənməsi və baş
əlifba kataloqu bölmələri.
Mədəniyyət.- 2010.-
23 iyul.- S. 11.