Luvr
Dünya
muzeyləri
Luvr dünyanın ən məşhur muzeylərindən biridir. Muzey 1793-cü ildə açılıb. Həmin il Fransa burjua inqilabının nəticəsi olaraq Burbonlar sülaləsindən kral XVI Lüdoviq devirilərək edam edilib. Kralın Parisdəki gözəgəlimli saray binalarından birində muzey təşkil olunması barədə qərar verilib. Luvr sarayının binası XII əsrdə inşa edilib. Bir müddət qala və həbsxana kimi istifadə olunub. XV- XVI əsrlərdən etibarən Fransa krallarının nadir incəsənət kolleksiyalarının saxlanc yerinə çevrilir.
Hazırda Luvr muzeyinin kompleksi 18 hektar ərazini əhatə edir, muzey salonlarının ümumi sahəsi isə 60 min kv m-dir.
Luvr dünyada ən çox ziyarət edilən muzeydir, 2007-ci ildə burada 8,3 milyon ziyarətçi olub. Eksponatlarının zənginliyinə və dəyərinə görə, Luvr dünya muzeyləri sırasında ön yerlərdən birini tutur. Burada nümayiş olunan eksponatlar arasında rəsm əsərləri, keramika, fil dişindən düzəldilmiş əşyalar çoxluq təşkil edir. Onun kolleksiyasına böyük coğrafi və tarixi nümunələr daxildir. Burada Qərbi Avropadan tutmuş İran, Yunanıstan, Misir və Yaxın Şərq incəsənətinədək rast gəlmək olar. Burada hətta Afrika, Amerika və Okeaniyanın da incəsənət nümunələri qorunur. Luvrun ən tanınmış eksponatları Miloslu Venera və Samofrakiyalı Nika heykəlləri, Leonardo da Vinçinin məşhur «Cokonda» (Mona Liza) və digər rəsm əsərləri, Rembrandt və Tisianın rəsmləri, Ejen Delakruanın «Barrikadada azadlıq» əsəri sayılır.
Qiymətli əşyalar
arasında Venesiya hökmdarının kraliça Mariya
Mediçiyə toy hədiyyəsi olaraq bağışladığı, çərçivəsi
zümrüdlə bəzənmiş güzgü
də var. Güzgü
flamand sənətkarı Piter
Rubens tərəfindən
hazırlanıb. Burada həmçinin
qiymətli almaz sayılan, çəkisi
137 karat olan «Regent» almazı saxlanılır. Bu almaz 1700-cü ildə Hindistanda, Qolkond əyalətində
bir qul tərəfindən
tapılıb. Almazı tapan qul öz dabanını deşir və almazı orada
gizlədib sarıyır. Bu sirri ancaq bir
matrosa açır və xahiş
edir ki, bunun müqabilində onu üzdüyü gəmiyə götürsün.
Matros onu aldadıb gəmiyə
götürür, ancaq
almazı quldan alandan sonra, onu dənizə
tullayır. Sonra almazı
1000 funt-sterlinqə müqəddəs
Georq şəhərinin
qubernatoru Pittə satır. Almazın ikinci adı
«Pitt» də buradan götürülüb. Ancaq
almazı satan
matrosun bəxti gətirmir. Aldığı pulları xərcləyib
qurtardıqdan sonra o intihar edir.
İkinci bir versiyaya görə, qubernator Pitt bu daşı Yaxmund adlı bir adamdan 312 min franka alır. O zaman Fransa regenti
olan Orlean Hersoqu bu daşı
ondan 375 min franka kral XV Lüdoviq üçün alır. 1792-ci ildə «Regent» almazı digər qiymətli əşyalarla
birlikdə kral sarayının talan edilməsi zamanı yoxa çıxır.
Sonralar hansı yollasa yenidən saraya qaytarılır. O zaman
Fransa hökuməti maliyyə ehtiyacı üzündən almazı
varlı rus taciri Treskova satır. Onu təkrar Fransaya
qaytaran isə Napoleon Bonapart olur. Zaman-zaman bu daşı auksionlarda satmaq istəsələr də,
tarixi əhəmiyyətini
nəzərə alıb
onu satışa çıxarmayıblar. Napoleonun hakimiyyəti
zamanı müharibələr
nəticəsində muzeyə
gətirilən memarlıq
nümunələri artmağa
başlayır və həmin illərdə də Misir, Yaxın Şərq ölkələrindən incəsənət
əşyaları gətirilir.
Luvrda ən qədim
zal «Kariatid zalı» hesab olunur. «Kariatid»
sözünün mənası
qadın fiquru deməkdir. Bu zalda kraliça Mariya Stüartın toy mərasimi, Jan Batist Molyerin ilk pyesinin tamaşası, müxtəlif
müsamirələr keçirilib.
1826-cı ildə Luvrda Misir zalı
açlır. Burada olan
eksponatlar Napoleonun səfəri zamanı fransız ekspedisiyasının
əldə etdiyi tapıntılar idi. Bu muzeyin ilk qoruyucusu
Misir heroqliflərinin sirrini açmış alim Jan Fransua Şampolon olub. Hal-hazırda qədim
Misirə aid olan eksponatlar 20 zalda yerləşir.
Qeyd etmək lazımdır
ki, çox insanlar öz şəxsi kolleksiyalarını
vəsiyyətlərinə əsasən Luvr muzeyinə verməyi daha üstün sayırlar. Bunlardan biri də tanınmış kolleksiyaçılardan
Edmund Rotşild olub.
Onun yığdığı kolleksiyaların
çoxu XIX və XX əsr nümunələrindən
ibarət olub.
Antik eksponatlar zalında
bütün dünyada
məşhur olan yunan gözəllik ilahəsi Veneranın büstü saxlanılır.
O, 1820-ci ildə
Luvr muzeyinin rəsm
qalereyası başqa muzeylərdən daha zəngindir. Burada
Rafael, Delakrua, Rembrandt, Qoyya
kimi dünya şöhrətli rəssamların
əsərləri saxlanılır.
Luvr muzeyində müxtəlif
şah əsərlər
saxlanılır ki, onların hər biri ayrı-ayrı mədəniyyətə, dövr
və sivilizasiyaya aiddir. Ümumiyyətlə isə muzeydə
300 minədək eksponat
olmasına baxmayaraq, onlardan yalnız 35 minə qədəri gələn insanlara təqdim olunur. Bəzi eksponatlar isə xüsusi qorunma şəraitində saxlanılır
və ildə bir neçə ay ziyarətçilərə nümayiş
olunur.
Qeyd edək ki, Luvrda Azərbaycana aid eksponatlar da saxlanılır. Bunlar əsasən
xalçaçılıq nümunələridir. Əsasən XVI-XVII əsrlərə aid olan Gəncə, Şamaxı,
Naxçıvan, Şəki
xalça məktəbinin
məhsulları olan bu xalçalar muzeyin dekorativ sənət zalında nümayiş etdirilir.
Bunlardan başqa dəmir, gümüş, bürüncdən
hazırlanmış nadir əşyalar
da var. Bunların arasında bürüncdən
hazırlanmış, qiymətli
daşlarla bəzədilmiş
uzun dimdikli quş şəklində olan qab daha
çox fərqlənir.
Bu eksponat Luvrun
Şərq mədəniyyəti
zalında nümayiş
olunur.
Çingiz
Mədəniyyət.- 2010.-
23 iyul.- S. 15.