Azərbaycan təmsilçiləri YurmaladaYeni dalğa-2010” festivalında

 

   YurmaladaYeni dalğa-2010” musiqi yarışmasının açılış mərasimi keçirilib.

   Gənclər arasında keçirilən musiqi yarışmasında Azərbaycanı Dilarə Kazımova Fəridə Nelsondan ibarətMilk&Kissesqrupu təmsil edir.

   Açılış mərasimində bu il ənənəvi olaraq təmsilçilər plitə üzərində fiqurlar çəkib hər təmsilçi öz ürək sözlərini yazıb. Bununla da müsabiqə iştirakçılarıYeni dalğa”nın tarixinə öz adlarını həkk ediblər. Azərbaycan təmsilçiləri plitə üzərində buta butanın içində Azərbaycanın odlar yurdu olduğunu göstərən üç od təsviri çəkiblər.

   Qeyd edək ki, YurmaladaYeni dalğamusiqi yarışması tanınmış bəstəkarlar İqor Krutoy Raymond Paulsun təşəbbüsü ilə 2002-ci ildən keçirilir. Müsabiqənin final mərhələsini Timur Rodrigez Ani Lorak açıblar. Altı gün sürəcək müsabiqə qaliblərinin adları avqustun 1-də elan ediləcək.

 

 

   Mədəniyyət.- 2010.- 28 iyul.- S. 2.