Qubada
səyyar yay kursları davam edir
Xəbər verdiyimiz
kimi, bu il Respublika
Mədəniyyət Müəssisələri
İşçilərinin Hazırlıq
və İxtisasartırma
Mərkəzi mədəniyyət
işçiləri üçün
bölgələrdə 10 günlük
səyyar yay kursları təşkil edib.
İyun ayında İsmayıllı
rayonunda start götürən
səyyar yay kursları bu dəfə mərkəz Quba olmaqla - Xaçmaz, Siyəzən,
Şabran, Xızı
rayonlarının kitabxana
və mədəniyyət
müəssisələri işçilərini
əhatə edib.
Respublika Mədəniyyət
Müəssisələri İşçilərinin
Hazırlıq və İxtisasartırma Mərkəzinin
Direktoru Ramazan Şabanovdan alığımız
məlumata görə,
Quba və ətraf rayonlardan 110 nəfər orta ixtisaslı mədəniyyət
işçisi kurslara
cəlb olunub. R.Şabanovun
verdiyi məlumata görə, kurslar mütəşəkkil keçirilir,
dinləyicilər kursların
yaşayış yerlərinə
yaxın yerdə təşkil olunmasından
olduqca razıdırlar.
Kurslara yüksək ixtisaslı müəllimlər cəlb
olunub, hər gün dinləyicilər nəzəri və praktik mövzuda mühazirələr dinləyirlər.
Səyyar yay kurslarının
üçüncü mərhələsi
avqustun 3-12-də Lənkəran
zonasında təşkil
olunacaq və mərkəz Lənkəran
olmaqla Masallı, Astara, Yardımlı, Lerik mədəniyyət müəssisələrinin işçilərini
əhatə edəcək.
Dördüncü mərhələ avqustun 17-26-da Şəkidə
planlaşdırılır və ətraf rayonların nəzərdə
tutulan mədəniyyət
müəssisələri işçiləri
bu kurslarda iştirak edəcək.
Ümumilikdə iyul-avqust aylarında
təxminən 400 nəfər
dinləyicinin kurslardan
keçəcəyi planlaşdırılır.
Səyyar yay kurslarının
sonunda hər bir dinləyiciyə xüsusi vəsiqə təqdim olunacaq.
Təranə
Mədəniyyət.- 2010.-
28 iyul.- S. 3.