Fatmayı
Tariximizin
yaddaşı: Bakı kəndləri
Qədim və zəngin tarixi ilə seçilən Bakı kəndlərindən biri də Fatmayıdır. Kənd qəbiristanlığındakı türbə və qəbirdaşı yazıları bu yaşayış məskəninin ən azı 600 illik tarixi olduğunu deməyə əsas verir. Fatmayı kəndi Məhəmmədi, Digah, Pirşağı və Görədil kəndləri ilə qonşudur.
Kəndin yaxınlığında “Aşağı şor” deyilən qurumuş duz gölü və adı əfsanəyə çevrilmiş “Qızıl nohur” gölü yerləşir. Əfsanəyə görə, al-qırmızı paltarlı gəlin bu göldə batdığı üçün bütün göl qırmızı rəngə boyanıb. Elə o vaxtdan gölün adı “Qızıl nohur” adlanır. Əvvəllər kənddə yaşıllıq hədsiz dərəcədə az olub. Əhali əsasən əkinçilik və maldarlıqla məşğul olar, dəmyə taxıl və bostan bitkiləri yetişdirərdilər. İsti yay aylarında isə dənizə yaxın yerdə salınmış üzüm bağları əhalinin dadına çatırdı. Küp və bardaqlar dolusu doşab, kisələrlə qurudulmuş əncir, üzüm qurusu, zəncilfərəc (əncirdən hazırlanmış ədviyyatlı şirni) və başqa azuqələr hazırlanardı.
Məşhur
dəyirman
Fatmayılılar yayda topladıqları buğda və arpanı üyütmək üçün uzağa getməzdilər, kəndin öz dəyirmanı var idi. Buğda çuvalları ilə dolu arabalar yan-yana düzülərdi. Axşamüstü dəyirmanın qarşısı kənd qocalarının söz-söhbət yeri olardı. Yaşları 90-a çatmış qocalar tənbəki çubuqlarını sümürərək çırthaçırtla közərən tənbəkinin tüstüsünü havaya üfüləyər, keçmiş günləri yada salar, gələcəkdən danışıb söhbət edərdilər. Belə söhbətlərdən biri Firudin Bünyadzadənin “Biz fatimilərik” kitabında da yer alıb. İki qoca dəyirman qarşısında taxılın az məhsul verdiyindən şikayət edir:
- A Rəhman əmioğlu, bəs indi nöşün ruzi çəkilib göyə?
- Çəkilər də. Çəkilməsin bəs neyləsin? Deyirlər şəhərdə çörək satılan dükanlarda kömbə urus çörəkləri satılır. Müsəlmanlar da o çörəkdən alıb bıçaqla doğrayıb yeyirlər. Çörəyə bıçaq göstərəndə qurbanı olduğum Allah öz bəndəsinə ruzi verər?
- Ay Rəhman əmioğlu, çörək hələ çörəkdir də. Onun nə urusu, nə müsəlmanı?..
- Sən də söz danışdın da. A kişi küfr söyləmə! Bu da o döyül ki, dünən camaata demisən ki, vaxt olacaq kəndimizə özü-özünə yeriyən bir şey gələcək. Daha ata, uzunqulağa minməyəcəyik.
Sonra Məşədi Rəhman əlindəki əsanı hirslə yerə atıb deyir:
- Yeri hasa! Ay hasa, get görüm necə gedirsən? A kişi, ağlın-kamalın
olsun. Atsız, uzunqulaqsız da
araba gedər?
Tarixi
abidələr
Kəndi gəzdikcə müxtəlif
tarixi abidələrlə
rastlaşıram. Fatmayıda qədim
tikililərdən daha
çox məscidlər
diqqəti cəlb edir. Burada beş məscid var. “Hacı Heybət” məscidi (XV əsr), “Əlvətdin” məscidi
(XVI əsr), “Poladlılar”
məscidi (XVIII əsr),
“Xanımcan” və “Pirəsərvan” piri (XV əsr), köhnə qəbiristanlıq (XV əsr)
kəndin zəngin keçmişindən xəbər
verir. Məscidlərin içində ən
son inşa ediləni
(1897) xeyriyyəçi Hacı
Hüseyn tərəfindən
tikilən “İmam Hüseyn” məscididir.
Hər məhəllənin öz
məscidi var. Bütün
məscidlərin də
həyətində buz
kimi sərin suyu olan quyular.
Fatmayıdakı “Pirəsərvan” piri bu ərazidə
məşhur dini ocaqlardandır. Qocaların dediyinə
görə, pirdə Allahdan dilədiyin hər bir arzun
həyata keçir.
Pirin adının maraqlı tarixçəsi var. Bir dəfə bu ərazidən ərəb
köklü fatimilərin
karvanı keçirmiş.
Karvanın qocaman sarvanı
şeyx Übeydullahın
halı pisləşir.
Canını tapşıran sarvanı
elə orada da dəfn edirlər.
O vaxtdan bu ərazi “Pirəsərvan”
adlanır. Kənd sakini Gülfirə nənənin (kənddə
hamı ona “Hacı xanım” deyə müraciət edir) dediklərinə görə, il
quraqlıq keçəndə
qadınlar həmin yerə toplaşıb iri qazanlarda aş bişirər, sonra aşdan kasıblara paylayıb Allahdan yağış diləyərlərdilər.
Bu ərazi həm də Kiçik Qafqaz dağlarının bitdiyi
yerdir. Ən maraqlısı isə
isti havalarda bu ərazinin daima sərin olmasıdır. Hündür
təpədə Bakı
kəndlərinin heç
birində bu qədər hiss olunmayan sərin mehi hiss etmək mümkündür.
Kəndin adında da meh sözü
var: ərəb-fars mənşəli “Fatmehi” sözü zəif səhər küləyi deməkdir. Bəzi yerlərdə kəndin
adı Fatma adı ilə və ya hər
hansı bir təriqətlə bağlı
olduğu qeyd edilsə də, bunun konkret sübutu
yoxdur.
Türk
qəhrəmanlarımız
Fatmayıya gəlib türk
şəhidlərinin məzarlığını
ziyarət etməmək
günah olar. Hacı xanımın dediklərinə
görə, 1918-ci ildə
erməni dəstələri
kəndə dəniz tərəfdən hücum
edərkən türk
əsgərləri köməyə
gəlib. Kəndi erməni
daşnaklarından qəhrəmancasına
xilas edən türk əsgərləri
burada şəhid olublar. Qəbiristanlığa öz doğmalarını
ziyarətə gələn
kənd camaatı şəhidlərə hörmət
əlaməti olaraq birinci onların məzarlarını ziyarət
edib ruhlarına dua oxuyur.
Kənd klubunda
Kənddə kitabxana, klub,
poçt, orta məktəb, uşaq bağçası və sair sosial obyektlər
fəaliyyət göstərir.
Klubun mədəni tədbirlər üzrə
təşkilatçısı Səyavuş Əliyev:
“Bu vaxtadək müxtəlif
tədbirlər və
bayramlarda iştirak etmişik. Musiqi, dram dərnəklərimiz fəaliyyət göstərir.
Yaxın vaxtlarda tar dərnəyi açmağı
düşünürük. Ötən il
dram dərnəyində “Hacı
Qara”nı tamaşaya qoymuşuq. Tamaşa böyük səs-küylə
keçib. İndi şagirdlər
yay tətilindədirlər.
Sentyabr ayından növbəti tamaşalar haqqında düşünürük”.
Yeganə
Cansail
Mədəniyyət.- 2010.-
28 iyul.- S. 8.