Roman öldü?! Yaşasın roman!

 

  Televiziya və internet yazılı ədəbiyyata və çap mətbuatına hansı təhlükələr doğurur?

  

   Bu günlərdə Azərbaycan milli mətbuatının 135 illiyi geniş tədbirlərlə qeyd edildi. Yubiley ərəfəsində bəzi telekanallarda internet və çap mətbuatı, internetin mətbuata təsiri məsələsi müzakirəyə çıxarıldı. Çap mediasının redaktorlarının gəldiyi qənaət bundan ibarətdir ki, çap mətbuatının internet versiyalarının, xəbər portallarının mövcudluğu ən çox qəzet və jurnalların satışına ziyan vurur. Amma oxucuların çap mətbuatına marağının artırılması, mövcud vəziyyəti aradan qaldırmaq üçün çıxış yolları barədə konkret fikirlər səslənmədi.

  

   Bu problem, demək olar ki, dünyanın bütün ölkələri üçün səciyyəvidir. Bir sıra ölkələrdə problemin həlli üçün maraqlı üsullardan istifadə olunur. Məsələn, insanların gur olduğu yerlərdə, kafe-restoranlarda qəzetlər pulsuz paylanır, əvəzində isə mətbuat öz gəlirini çap etdiyi reklamların və ya qəzetlərin arasına qoyularaq yayılan reklam açıqcalarının pulu hesabına çıxarır. Ümumilikdə götürdükdə isə informasiyanı hansı mənbədən - qəzetdən və ya internetdən oxumaq hər bir oxucunun sırf fərdi seçimidirbuna qarşı hər hansı mübarizə də mənasızdır.

   Yaşadığımız internet əsrində ədəbiyyatın hansı rolu oynaması haqda müzakirələr səngimir. Müasir Amerika ədəbiyyatının nüfuzlu yazıçıları Don Delillo, Conatan Françen, Tomas Pyonchon rəqəmsallaşan dünyada oxucuların informasiyaya meyilinin artması səbəbindən roman janrının ölməsi haqda həyəcan təbili çalırlar. İnsanların televiziya və internetə marağı belə fikrə əsas verir. Bu həqiqətən də belədirmi?

   Bu yaxınlarda Amerikanın KİV üzrə tanınmış mütəxəssislərindən olan Katlin Fitçpatrikin «Yoxolma qorxusu» adlı kitapı çapdan çıxıb. Müəllif kitabda müasir dünyada romanın əhəmiyyətini itirməsi haqda tezisləri analiz edərək, bu yanaşmanı tənqid edib.

   Almaniyanın «Die Zeit» qəzetinə müsahibəsində Katlin Fitçpatrik qeyd edib ki, roman janrının ölməsi haqda fikirlər həddən artıq şişirdilir. Onun fikrincə, əslində indi daha çox roman yazılır və romanların əvvəlki illərdən fərqli olaraq satışı da yüksəkdir:

   «Baxmayaraq ki, bu gün çap mediası ilə müqayisədə informasiyalar internetdə çox oxunurbu müəyyən mənada mətbuatda böhranlı vəziyyət yaradır. Amma bu böhranın ədəbiyyata elə bir təsiri yoxdur. Hərçənd rəqəmsal texnologiyaya keçid dövründə kitab nəşri ümumilikdə struktur baxımından ağır problemlərlə üzləşib. İntrenetdə elektron kitabxanalar piratçılığa yol açır. Problem yalnız bundadır. Hər halda analizlər göstərir ki, internetdə elektron kitabxanaların çoxalması da əsla kitab satışına təsir göstərmir. Ona görə də qətiyyətlə demək olar ki, roman bir ədəbi janr kimi böhran keçirmir.

   K.Fitçpatrikin təhlillərinə görə, internetdə ən müxtəlif informasiyaların intensiv yerləşdirilməsinə baxmayaraq, roman janrı heçbundan zərər görmür. Çünki romanın elə spesifik xüsusiyyətləri var ki, informasiya bunu əvəz etmək gücündə deyil: «İnternet bloqlarında da aydın görünür ki, bu sadəcə gündəlik kommunikasya vasitəsidir, internetin özünu sadəcə olaraq növbəti yeni bir texnologiya kimi qəbul etmək lazımdır».

   Fitçpatrik romanın ölmədiyi haqda fikirlərin əsassızlığını sübut etmək üçün tarixi müqayisələr də aparır. Müəllif romanın bugünkü vəziyyətini XIX əsrin sonunda rəssamlıq sənətinin vəziyyəti ilə müqayisə edib:

   «XIX əsrin sonunda foto sənəti inkişaf etdio zaman çoxları inanırdı ki, bu, rəssamlığın sonudur. Əslində isə fotoqrafiya yeni bir sənətin başlanğıcı idi. Zaman təsdiq etdi ki, rəssamlığın ölümü ilə bağlı əndişələr əsassızdır. Romanelektron media arasındakı münasibət də bu baxımdan oxşardır. Əslində internetteleviziya romanın işini yüngülləşdirir, onlar öz funksiyaları ilə onu sənət forması kimi fərqləndirirlər».

   Jurnalistin «o zaman nədən romanın ölümü haqda dedi-qodular səngimir» sualının cavabında deyib: «Ədəbiyyat dünyasını özünün formalaşmış qaydaları, özəllikləri olan mədəni qoruqla müqayisə etmək olar. Ona görə də ədəbiyyat kənar sosialtexnoloji dəyişikliklərə məruz qalmadan, necə deyərlər, sərbəst yaşamaq istəyir. Yazıçılar əmindirlər ki, televiziya, internet mədəni səviyyəni aşağı salır, insanları bəsitləşdirir. Onlar narahatdırlar ki, internetteleviziya ədəbi dəyərləri təhlükə altına sala bilər».

   Belə düşünən yazıçıların mövqeyi ilə razılaşmayan Fitçpatrikın fikrincə, hər bir insan öz seçimində azaddır.

   Yeri gəlmişkən, maraqlı bir faktı da qeyd edək ki, bir neçə il əvvəl dünya kitab bazarında aparılan araşdırmalar ortaya maraqlı nəticələr qoymuşdu. Məlum olmuşdu ki, dünyada ən çox kitab oxuyanlar arasında liderlik edən Asiya (Tailand, Cənubi Koreya, Hindistan) ölkələridir. Dünyada ən çox kitab oxuyan ölkə adını qazanmış Rusiya isə 7-ci yerdə qərarlaşmışdı. Çox güman ki, bu fakt Asiya ölkələrindən fərqli olaraq, inkişaf etmiş ölkələrdə internet bazarının sürətli inkişafı ilə bağlıdır.

  

 

   Sevda Əliəşrəfqızı

 

   Mədəniyyət.- 2010.- 28 iyul.- S. 11.