“Qarabağ
qəhrəmanları” silsiləsindən ilk
film təhvil verilib
“Salnamə” sənədli filmlər
studiyasında “Qarabağ qəhrəmanları” silsiləsindən
ilk film təhvil verilib. “Dostuma məktub” adlanan bu film Azərbaycanın
Milli Qəhrəmanı, tankçı Albert Aqarunova həsr
olunub.
Gənc
döyüşçünün qəhrəmanlığından
bəhs edən filmin ssenari müəllifi və rejissoru Yefim
Abramov, operatoru Rüfət Süleymanovdur.
Studiyadan bildiriblər ki, bu silsilədən
çəkilişləri başa çatmış daha
üç filmin montajına başlanılıb. Həmin filmlərin
avqustun əvvəllərində təhvil verilməsi nəzərdə
tutulub.
Payızda isə “Qarabağ qəhrəmanları”
silsiləsindən növbəti iki filmin çəkilişlərinə
start veriləcək.
Mədəniyyət.- 2010.-
28 iyul.- S. 11.