45 min avroluq
fleytada “Bayatı-Şiraz”
Belçikalı virtuoz
Kristian Pluver: «Bu fleyta mənə muğamın gözəlliyini
duymağa və onu fəth etməyə
imkan verdi»
Xəbər verdiyimiz kimi,
ötən həftə
(21-22 iyul) dünya şöhrətli fleytaçı
Kristian Pluver Bakıda konsertlər verib. Sənətçi əvvəlcə Belçikanın Müstəqillik
günü münasibətilə
düzənlənən konsertdə,
sonra isə xeyriyyə konsertində çıxış edib.
Konsertdən əldə olunan
pullar uşaqların hüquqlarının müdafiəsi
üçün Azərbaycanda
ötən ildən fəaliyyət göstərən
qaynar xəttə
(“916”) köçürüləcək.
Qeyd edək ki, xeyriyyə konsertini BUTA İncəsənət Mərkəzi
(Moskva) təşkil edib.
R.Mustafayev adına
Dövlət İncəsənət
Muzeyində keçirilən
xeyriyyə konsertində
çıxış edən
BUTA İncəsənət Mərkəzinin direktoru Nəsib Piriyev bildirdi ki, rəhbərlik
etdiyi qurum yarandığı vaxtdan
(2004) Azərbaycan mədəniyyəti
və incəsənətini
təbliğ etməyi
qarşısına məqsəd
qoyub. «Bu konserti
təşkil etməklə
biz «Mədəniyyətin Qaynar
Xətti» layihəsi adı altında silsilə tədbirlərə
başlamaq niyyətindəyik».
O, xeyriyyə konsertinin
təşkilinə köməklik
göstərdiyinə görə
Belçikanın Azərbaycandakı
səfirliyinə və
Dövlət İncəsənət
Muzeyinin rəhbərliyinə
minnətdarlıq edərək,
digər diplomatik missiyaları da bu xeyirxah işə
qoşulmağa çağırdı.
Konsert məşhur pianoçu
Murad Hüseynov və skripkaçı Cavid Əsədovun ifasında Hendelin 2-ci sonatası ilə başladı. Daha sonra
skripkaçını dünya
şöhrətli belçikalı
fleytaçı Kristian
Pluver əvəz etdi. Fortepiano və fleytada ifa olunan Fikrət
Əmirovun rəngarəng
bəstələri dinləyicini
sanki uzaq nağıllar aləminə
aparırdı. Yüksək peşəkarlıq tələb
edən bu musiqiləri Kristian Pluver böyük zövqlə ifa edirdi. Belçikalı fleytaçının virtuoz ifasında “Bayatı-Şiraz” muğamı
və “Sarı gəlin” musiqisinin səslənməsi isə
tamaşaçılar tərəfindən
sürəkli alqışlarla
qarşılandı. Qeyd edək
ki, «Sarı gəlin»in fleyta üçün partiturasını
tanınmış azərbaycanlı
cazmen Şahin Növrəsli tərtib etmişdi. O belçikalı
sənətçinin ifasına
heyranlığını gizlətmədi:
«Kristian Pluverin yaradıcılığı ilə
çoxdan tanışam
və onun bizim musiqiləri, Fikrət Əmirovun əsərlərini ifa etməsi bizim üçün böyük
fərəhdir. O özünün
improvizasiyaları ilə
musiqinin təsir gücünü artıraraq
onu daha da emosional etdi.
“Bayatı-Şiraz”, “Sarı gəlin” isə tamaşaçılar
üçün əsl
sürpriz oldu».
Belçikanın ölkəmizdəki
səfiri Filipp Jottard konsertdən məmnunluğunu bildirərək
Azərbaycanın mədəni
həyatındakı yenilikləri,
dünyanın məşhur
musiqiçilərinin mütəmadi
olaraq respublikamıza təşrif buyurmasını
yüksək qiymətləndirdi:
“Kristian məşhur musiqiçidir. O, fleytası
ilə dinləyicini sehrləyib öz təsirində saxlamaq gücünə malik sənətçidir. Onun ifasında
Avropa musiqisi ilə Azərbaycan muğamının sintezi isə sanki möcüzə idi”.
Onu
da qeyd edək
ki, konsert Almaniyanın «Deutsche Welle”
kanalı üçün
lentə alınırdı.
Bu ilin sentyabr-oktyabr
aylarında «Deutsche Welle”
kanalında Azərbaycan
haqqında film nümayiş
olunacaq və filmdə bu konsertdən fraqmentlər səslənəcək.
Kristian
Pluver Fikrət Əmirovun əsərləri
ilə Tokioda tanış olub
Fürsətdən istifadə edərək
belçikalı sənətçinin
Azərbaycan musiqisi barədə fikirlərini
öyrəndik. O, Azərbaycan
bəstəkarlarından Qara
Qarayevin, Fikrət Əmirovun, Arif Məlikovun əsərləri
ilə
45 min avroluq
qızıl fleyta
Konsetdə belçikalı virtuozun ifa etdiyi
alətin isə maraqlı tarixçəsi
var. Məlum oldu ki, sənətçinin bundan öncəki fleytası 3 min avro qiymətində olub.
Bakıya gətirdiyi alətin qiyməti isə nə az, nə
çox - 45 min avrodur.
Kristian Pluver: «Yaponiyanın «Miozava» firması bu fleytanı xüsusi olaraq mənim üçün təmiz qızıl və gümüşdən hazırlayıb.
Bu fleytada ifa
etmək mənə heç nə ilə müqayisəyə
gəlməyən hədsiz
bir həzz verir. Bu fleyta mənə muğamın gözəlliyini duymağa
və onu fəth etməyə imkan verdi».
Fleyta ustası Bakıdan
Yaponiyaya yola düşdü. Orada konsert
verəcək və ustad dərsləri keçəcək. Yeri gəlmişkən,
belçikalı fleytaçı
yapon dilini təmiz bilir. Bizimlə vidalaşarkən
Kristian Pluver bildirdi ki, artıq
40 ildir səhnədədir
və arzu edir ki, növbəti
gəlişində azərbaycanlı
fleytaçılar üçün
də ustad-dərsləri
keçsin.
Svetlana Şıxəliyeva
Mədəniyyət.- 2010.-
28 iyul.- S. 13.