İsmayıllıda
turizm inkişaf edir
“2010-2014-cü illərdə
turizmin inkişafına dair Dövlət Proqramı”
İsmayıllı rayonunda da sahənin inkişafı
üçün əlavə imkanlar açır. Hazırda
rayonda 17 turizm mərkəzi fəaliyyət göstərir.
Bu il rayona istirahətə gələnlərin
sayı 23 mini keçib. Bu isə ötən ilin ümumi
göstəricisindən çoxdur. Basqal və Lahıc kimi qədim
və unikal kəndlər, tarixi abidələr
İsmayıllını valehedici məkana çevirib. Rayonda
müasir turizm mərkəzlərinin sayı 4 dəfə
artaraq 17-yə çatıb. Ötən il İsmayıllıda
15 minə yaxın turist istirahət etmişdisə, bu ilin 6
ayı ərzində rayona 4 mini əcnəbi olmaqla 23 min 358
turist gəlib.
Hazırda
İsmayıllıdakı turizm obyektləri gün ərzində
1500-ə yaxın qonağı qəbul edə bilir. Turizm sahəsində
çalışanların peşə hazırlığının
yüksəldilməsi üçün kurslar təşkil
edilir. Bu səbəbdən turizm müəssisələrində
keyfiyyət, müştəri xidmətləri
baxımından mühüm irəliləyişlər var. Bu
isə turistlərin marağını daha da artırır.
Qeyd edək ki,
İsmayıllıdakı istirahət mərkəzlərində
bu il qiymətlərdə endirimlər də müşahidə
olunur. Bunu istirahət obyektlərinin sayının artması və
sağlam rəqabətin yaranması ilə izah etmək olar.
Mədəniyyət.- 2010.-
30 iyul.- S. 3.