Kino-Foto
Sənədləri Arxivinə yeni sənədlər
təqdim edilib
Azərbaycan Dövlət Teleqraf
Agentliyindən (AzərTAc) 592 saxlama vahidi fotosənəd
Dövlət Kino-Foto Sənədləri Arxivinə təqdim
edilib. Milli Arxiv İdarəsinin beynəlxalq əlaqələr
şöbəsinin müdiri Kamal Ağayev bildirib ki,
1992-2003-cü illərin əhatə olunduğu fotosənədlər
Azərbaycan ikinci dəfə müstəqillik qazandıqdan
sonra ölkəmizdə baş vermiş mühüm dövlət
əhəmiyyətli siyasi, iqtisadi, ictimai və mədəniyyət
hadisələrini özündə əks etdirir. Hazırda arxivdə
fotosənədlərin yazılı izahı (annotasiyası)
hazırlanır.
Mədəniyyət.- 2010.-
30 iyul.- S. 3.