Hüseyn Cavidin ev-muzeyində eksponatların sayı artır

 

     Azərbaycanın mütəfəkkir şairi, dramaturq və filosofu Hüseyn Cavidin irsinin araşdırılmasında onun ev muzeyinin xüsusi rolu var. Muzeyin fəaliyyət istiqamətinə dramaturqun oğlu bəstəkar, şair, tənqidçi və yazıçı Ərtoğrul Cavidin ədəbi və elmi irsinin tədqiqi və təbliği də aiddir. Muzeydə bu yöndə bir sıra yeniliklər baş verib. Hüseyn Cavidin ev-muzeyində 10 minədək eksponat var. Bu eksponatlar muzey fondunda qorunub saxlanılır.

   Mədəniyyət ocağı dramaturqun bir sıra əsərlərinin yeni nəşrini hazırlayıb. Bunlardan "Topal Teymur" əsərinin kitab şəklində nəşrini göstərmək olar. Eyni zamanda ədibin Abdulla Şaiqlə birgə yazdığı Azərbaycanda ilk ədəbiyyat nəzəriyyəsi kitabı da bərpa olunub. Daha bir toplu, "Hüseyn Cavid hikməti" adlı seçmə aforizmlərdən ibarət miniatür kitab da nəşr olunub.

 

 

    Mədəniyyət.- 2010.- 30 iyul.- S. 4.