Dünya
muzeyləri
Ermitaj
Dünyanın ən zəngin muzeylərindən biri də Rusiyanın Sankt-Peterburq şəhərindəki Dövlət Ermitajıdır. Dünyanın ən iri muzeylərindən olan Ermitajın 350 zalında 3 milyonadək eksponat var. Muzey 5 binadan ibarətdir: Qış sarayı, Kiçik Ermitaj, Köhnə Ermitaj, Yeni Ermitaj, Ermitaj Teatrı. Bu binalar bir-birilə əlaqəli tikilib. İlk vaxtlar eksponatlar Qış sarayının otaqlarında yerləşdirilib.
“Ermitaj” fransız sözüdür, mənası tənhalıq, tənha yer deməkdir. Ermitaj muzeyinin yaranma tarixi 1764-cü ildən hesablanır. Həmin il Sankt-Peterburqa Qərbi Avropa rəssamlarının əsərlərinin böyük kolleksiyası gətirilir. Berlinli tacir Qoçkovski 225 rəsmdən ibarət bu kolleksiyanı Prussiya kralı II Fridrix üçün alıb yığmışdı. Ancaq o ərəfədə ağır müharibələr Prussiyanın kral xəzinəsini elə boşaltmışdı ki, II Fridrix kolleksiyanı almaqdan imtina edir.
Kolleksiyanı rus
çariçası II Yekaterina alır. Muzeyin indiki kimi eksponatlarla
zəngin olmasında
II Yekaterina xüsusi rol oynayıb. O bu məsələdə çox
əliaçıq idi
və eksponatlar üçün istənilən
qiyməti ödəyirdi.
1772-ci ildə Kronştadt limanına Fransadan 17 yeşikdən ibarət yük daxil olur. Bu məşhur filosof
Deni Didronun II Yekaterina üçün qraf Jozef Antuan
və baron De Tyerin məşhur kolleksiyalarından
aldığı rəsm
əsərləri idi.
Bunların içində Rembrandtın
«Danaya», «Müqəddəs
ailə», Rafaelin «Saqqalsız İosiflə
Madonna», Van Deykin rəsmləri
və digər nümunələr vardı.
Rembrandtın 30-dək əsəri Ermitajda ayrıca zalda nümayiş olunur. Muzeydə fransız filosofu
Volterin 6500 cilddən və 37 əlyazmasından
ibarət şəxsi
kitabxanası da saxlanılır. II Yekaterina
zamanında alınan kitablar öz əvvəlki görkəmini
saxlayıblar, sanki onlara heç kim toxunmayıb.
Ermitajda I Pyotra həsr
olunmuş xüsusi zal fəaliyyət göstərir. Burada
I Pyotrun şəxsi əşyaları, portretləri,
qızıl suyu ilə yazılmış qanunları, onlara bərkidilmiş tac
və ikibaşlı qartal nümayiş olunur. Zalda italyan rəssamı
Amikoni tərəfindən
çəkilmiş portret
xüsusi diqqət çəkir. Şəkildə I Pyotr dəniz və gəmilərin fonunda, qədim Romanın müharibə və müdriklik ilahəsi Minervanın müşayiətilə təsvir
olunub.
Ermitajda Rusiyada ən
böyük vaza hesab olunan Kolıvan
vazası saxlanılır.
19 ton ağırlığı
olan bu vaza
Kolıvan cilalama fabrikində 14 ilə hazırlanıb. Onu uzaq
Altay vilayətindən Peterburqa
çatdırmaq üçün
160 atdan istifadə olunub. Vaza qiymətli daş hesab olunan yaşmadan
hazırlanıb, ölçüləri
isə 5x3,25 metrdir.
Ermitajın Şərq incəsənəti
şöbəsində İran,
türk, çin, yapon və ərəb
xalqlarının maddi-mədəniyyəti
ilə yanaşı, Azərbaycan xalqının
da əsrlər boyu yaratdığı bir çox nadir sənət nümunələri
nümayiş etdirilir.
Muzeyin zallarında ən qədim dövrlərdən tutmuş
XX əsrin əvvəlinədək
Azərbaycan ustaları
tərəfindən düzəldilmiş
zərgərlik, saxsı,
daş, taxta üzərində oyulmuş
sənət əsərləri
və müxtəlif növlü toxuculuq nümunələri var. Burada
nümayiş etdirilən
e.ə. II minilliyə
aid abidələrimiz içərisində
öz orijinal forması və dəqiq işləməsi
ilə Dağlıq Qarabağda aparılan qazıntı işləri
zamanı tapılmış
bürünc öküz
başı fiquru xüsusi ilə diqqəti cəlb edir.
Dövlət Ermitajında tunc
dövrə aid edilən
sənət abidələri
içərisində kəmər,
bilərzik, müxtəlif
formalı və rəngli muncuq kimi zərgərlik sənəti nümunələrinə
də rast gəlinir. Vaxtı ilə Qarabağın
Xocalı kəndində
aparılan qazıntı
işləri zamanı
tapılmış 3 min illik
tarixi olan bu zərgərlik sənəti nümunələri
öz orijinal forması və texniki icrası ilə diqqəti cəlb edir. Qeyd etmək lazımdır ki, hazırda Dövlət Ermitajında
tunc dövrünə
aid edilən bəzi qızıl zərgərlik
sənəti nümunələri
də elə buradan tapılıb.
Ermitajda orta əsrlərə aid olan
metal sənəti nümunələrimiz
də çoxdur. Bu sırada V-VIII əsrlərə
aid bürüncdən tökülmüş
quş, heyvan və insan fiqurlarını
qeyd etmək olar. Qafqaz Albaniyasının tarixi və incəsənəti ilə
məşğul olan görkəmli akademik K.Trever bu fiqurları
Mingəçevirdən tapılmış
bu tipli saxsı məmulatların
davamı kimi qələmə verir.
Qeyd olunan fiqurlardan biri alimlərin diqqətini çoxdan özünə cəlb edir. VII əsrə
aid edilən bu fiqur hələ XIX əsrin axırlarında Naxçıvandan tapılıb.
35,6 sm hündürlükdə
olan bu fiqur,
alimlərin fikrincə,
Qafqaz Albaniyasının
hökmdarı Cavanşiri
(638-670) təsvir edir.
Metaldan düzəldilmiş plastik
sənət nümunələrimiz
içərisində 1206-cı ilə aid edilən Şirvan lüləyi Ermitajın ən maraqlı eksponatlarından
sayılır.
Ermitajda metaldan düzəldilmiş
plastik sənət nümunələri ilə
yanaşı, bir çox orijinal formalı, bəzəkli məişət əşyalarımız
da nümayiş etdirilir. Belə sənət nümunələri
sırasına ilk növbədə
VI - VIII əsrlərə aid edilən bürünc məcməyiləri daxil etmək lazımdır.
Ermitajda
ilk orta əsrlərə
aid edilən üç
məcməyimiz vardır.
Bunların ikisi süjet
xarakterli təsvirlərlə
bəzədilmiş, üçüncü
isə sırf
ornamental bəzəklidir. Metaldan düzəldilmiş məişət
əşyaları sırasına
XIII - XIV əsrlərə aid edilən müxtəlif
forma və bəzəkli
bürünc qazanları
da aid etmək olar.
Ermitajda nümayiş etdirilən
qazanlarımız XIII - XIV əsrlərə
aid olub öz həcmi, forması və bəzəkləri ilə diqqəti cəlb edirlər. Bu qazanlardan biri
xüsusi ilə maraqlıdır. Məlum olduğu
kimi, orta əsr Azərbaycan bədii sənətkarlığının
ən inkişaf etmiş növlərindən
biri keramika sənəti idi. Ermitajda bu xalq sənətimizin
də bir çox gözəl nümunələri var. Burada
saxlanılan keramika sənəti nümunələrimiz
həm istifadə edilməsinə, həm də bir çox
bədii xüsusiyyətlərinə
görə iki böyük qrupa bölünür.
Bunlardan birincisi məişətdə
istifadə edilən saxsı məmulatları,
ikincisi isə memarlıqda tətbiq olunan kaşılardır.
Məişətdə istifadə edilən
saxsı məmulatlarımızı
vaxtı ilə Örənqalada (Goranboy rayonu) aparılan qazıntı işləri
zamanı tapılmış
bir neçə nümunəvi küp-nimçə,
kasa və sürahilər təmsil edir. Ermitajda keçmiş dövr
memarlıq abidələrimizin
bəzəyi sayılan
kaşı nümunələri
də nümayiş etdirilir. Bunların içərisində Hacıqabul rayonunda Pirsaatçay üzərindəki
Pirhüseyn xanəgahının
kaşıları əsas
yer tutur. Pirhüseyn xanəgahının 500-ə yaxın
müxtəlif forma və
bəzəkləri olan
kaşıları vardır.
Ermitajda saxlanılan toxuculuq sənətimizin əksəriyyətini
xovlu xalçalar təşkil edir. Burada XVI əsrdən tutmuş XIX əsrə qədər Azərbaycanın məşhur
xalça məntəqələrində
toxunmuş xalçalarımız
saxlanılır.
Təbriz və Şirvanda
toxunmuş nümunəvi
Azərbaycan xalçaları
muzeyin qiymətli incilərindən sayılır.
Qubanın Pirəbədil,
Şamaxının Mərəzə
kəndlərində toxunmuş
xalçalarımız rəngi
və zəngin bəzək ünsürləri
ilə diqqəti çox cəlb edir. Şamaxı xalçasının üzərində onun
1881-1885-ci illərdə toxunduğunu
bildirən yazı
var.
Bundan əlavə, Ermitajda
dahi Azərbaycan şairi Nizami Gəncəvinin "Xəmsə"sinin
1430-cu illərdə üzü
köçürülmüş nadir nüsxəsi mühafizə
olunur.
Hazırladı: Çingiz
Mədəniyyət.- 2010.-
30 iyul.- S. 11.