Ermənilər Puşkini sevmir
Bu kinin kökündə
nə gizlənir?
Elə tarixi şəxsiyyətlər,
nadir istedad sahibləri var ki, onlar öz
yaradıcılıqları ilə humanizmə,
bütünlüklə insanlığa mənəvi xidmət
etdiklərinə görə təkcə mənsub olduqları
xalqın deyil, bəşər mədəniyyətinin dahi
simalarından sayılırlar. Bu sırada dahi rus şairi
Aleksandr Sergeyeviç Puşkinin adı pozulmaz hərflərlə
nəqş edilib. Hələ sağlığında ona Azərbaycanda
böyük rəğbət olub. Müasirləri bu
böyük insanla dostluq etmək, yaradıcılıq əlaqələri
saxlamaq marağında idilər. Puşkin də öz növbəsində
Azərbaycanın mütəfəkkir şəxsiyyətləri,
tədqiqatçıları, şairləri ilə xoş
ünsiyyətdə olub, onlarla dostluq edib.
"Müasir rus dilini Puşkin
yaradıb" söyləyən rusiyalı tədqiqatçılar
bu fikirdə çox haqlıdırlar. Ancaq böyük
şairin məhəbbət və ilhamla ahənginə yeni
ruh, səlistlik, ifadəlilik, zənginlik gətirdiyi dil məhz
bu dərəcədə millətlərarası ünsiyyət
vasitəsinə çevrilə bilərdi. Vaxtilə Rusiya
Federasiyasının Azərbaycandakı fövqəladə və
səlahiyyətli səfiri işləmiş Nikolay Ryabovun
söylədiyi bir fikir diqqəti cəlb edir: "Puşkinin
yaradıcılığı artıq bəşəriyyətin
genindədir və biz dahi şairin iradəsini və dünya
durumunu əsas tutaraq öz fəaliyyətimizdə müsbət
nəticələrə nail olmalı, daim irəli getməliyik.
Qoy, Puşkin həmişə bizimlə olsun!".
Etiraf edək ki, Azərbaycanda orta
və yaşlı nəslin çox sevdiyi şairlərin
sırasında Puşkinin özünəməxsus yeri var. Hələ
orta məktəb illərindən əzbərlədiyimiz
şeirlər yaddaşımızdan silinməyib. Füzulinin,
Vaqifin, Səməd Vurğunun şeirləri kimi bizə
doğma və əziz olub:
Qafqaz altımdadır, ən
müdhiş olan zirvədə mən,
Tutmuşam tək uçurum
dağlı qar üstündə qərar,
Qara quş uçmağa qalxarsa
uzaq bir təpədən,
Nə qədər yüksək
uçarsa, yenə dövrəmdə uçar.
Buradan mən görürəm
çeşmələri qaynamada,
Şübhəli, qorxulu
uçurumları ilk oynamada.
Aleksandr Sergeyeviç Puşkin
1799-cu ildə Moskvada ziyalı-mülkədar ailəsində
anadan olub. Onu təkcə bizim şair və
yazıçılar, tədqiqatçılar sevməyib,
Puşkinin özünün də Azərbaycana böyük
marağı və diqqəti olub. O, bu sevgisini neçə-neçə
şeirində çox poetik şəkildə ifadə edib.
1829-cu ildə Qafqaza səyahətə çıxan Puşkin
bu bölgədə yaşayan xalqlarla görüşüb,
onların həyat tərzi, adət-ənənəsi, milli
xüsusiyyətləri ilə maraqlanıb. Apardığı
müşahidələrin nəticəsində sonralar şair
Qafqazda yaşayan hər bir xalq barəsində öz fikrini
söyləyib.
Puşkinin Azərbaycan xalqına
böyük məhəbbəti və xoş münasibəti
olub. Qafqaza səfər zamanı tanış olduğu azərbaycanlı
şair Fazil xan Şeyda Puşkinə çox xoş təsir
bağışlayıb. XVIII əsrin sonunda Təbrizdə
doğulan Fazil xan Şeyda Tiflisdə yaşayıb,
Qafqaz canişinliyində dəftərxana
müdiri, Tiflisdəki müsəlman məktəbində
müəllim işləyib. Dövrünün
tanınmış ziyalısı, şairi olub. Puşkinin
onunla tanışlığı sonra dostluğa çevrilib.
Puşkin qələm dostuna şeirlər həsr edib. Eləcə
də bu səfər zamanı şücaət və hünərinə
məftun olduğu döyüşçü, qarabağlı
Fərhad bəy də Puşkinin qəlbində dərin iz
salıb. Şair o qədər təsirlənib ki, sonralar Fərhad
bəyin simasında bütün azərbaycanlıları cəngavər,
igid adlandırıb. Şair bu münasibətlə
yazdığı şeirində deyirdi:
Döyüş şöhrətinə
uyma, qapılma
Növcavan məftunluq həvəsi
ilə sən.
Gəl, qanlı vuruşa çox
da atılma,
Gəngavər Qarabağ dəstəsi
ilə sən.
Bilirəm, getməzsən
ölümə qənşər,
Əzrailin belə keçsən əlinə
-,
Çaxnaşma salanda
qılıncla xəncər
O da rəhm eləyər gözəlliyinə.
Sonralar Puşkin Ərzuruma səyahəti
zamanı yenə də azərbaycanlı
döyüşçülərlə rastlaşıb. Bu
görüşlər şairi yenidən
duyğulandırıb, o, azərbaycanlılar haqqında məhəbbət
dolu şeirlər yazıb.
Polşa və Rusiyaya səyahətə
çıxan mütəfəkkir Azərbaycan
yazıçısı Abbasqulu Ağa Bakıxanov Puşkinlə
tanış olub. Onlar bir-birinə olduqca xoş münasibət
göstərərək şəxsi əlaqələrini
möhkəmləndiriblər. Abbasqulu ağa Bakıxanov
Puşkinin əsərlərini Azərbaycan dilinə tərcümə
edən ilk şəxsiyyətdir. O, Puşkinin
"Bağçasaray fontanı" əsərini 1830-cu illərin
birinci yarısında ana dilimizə tərcümə edib.
Böyük mütəfəkkir,
dramaturq, nasir və filosof Mirzə Fətəli Axundov da
Puşkinin yaradıcılığına dərin məhəbbət
bəsləyər, onu müntəzəm oxuyarmış.
Axundov 1937-ci ildə Puşkinin dueldə həlak olması
münasibətilə “Şərq poeması”nı yazıb. O
həmçinin rus şairi Mixail Lermontovun Puşkinin
ölümünə həsr etdiyi şeiri də Azərbaycan
dilinə tərcümə edib. Ulu öndər Heydər Əliyev
Mirzə Fətəli Axundovun “Səbuhi” imzası ilə
yazdığı poemanı çox sevərmiş.
Aşağıdakı misraları əzbər söylərmiş:
Lomonosov gətirərkən
sənətə hüsnü
düha,
Puşkinin nurlu xəyalı
ora qonmuş.
Əcəba,
Şeirlər səltənəti
Derjavinə göylərdən,
Kim imiş hökm alaraq
bir yeni hakim kəsilən.
Səddi-Çindən Tataristanə
qədər çar əli var,
Lakin ol şairin aləmdə
yanan məşəli var.
Mirzə Kazım bəy,
Firudin bəy Köçərli şairin
əsərlərini böyük
məhəbbətlə Azərbaycan
dilinə tərcümə
ediblər. 1880-ci ildə Moskvada Puşkinə abidə qoyulması xəbərini
eşidən Azərbaycan
şairi Seyid Əzim Şirvani bu münasibətlə şeir yazıb. Eləcə də Puşkinin anadan olmasının 100 illiyi Azərbaycanın böyük şəhərlərində
- Bakıda, Naxçıvanda,
Şamaxıda xüsusi
mərasimlərlə keçirilib.
XX əsrdə də Puşkinin yaradıcılığı Azərbaycanda
geniş yayılıb.
XIX əsrdə qoyulmuş
tərcümə ənənəsi
Abbas Səhhət, Böyükağa Qasımzadə,
Səməd Vurğun,
Süleyman Rüstəm,
Rəsul Rza, Nigar Rəfibəyli, Məmməd Rahim, Ənvər Əlibəyli,
Ələkbər Ziyatay,
Bəxtiyar Vahabzadə
və başqaları
tərəfindən uğurla
davam etdirilib.
Puşkinin əsərlərinin demək olar ki, əksəriyyəti Azərbaycan dilinə tərcümə edilib.
Xalq şairi Səməd Vurğunun tərcüməsində
oxuculara çatdırılan
"Yevgeni Onegin" mənzum romanı Azərbaycan oxucusu tərəfindən maraqla
qarşılanıb. Puşkinin yaradıcılığı
ilə bağlı çoxlu elmi əsərlər yazılıb,
tədqiqatlar aparılıb,
Azərbaycanın şəhər
və rayonlarında neçə-neçə məktəbə,
mədəniyyət ocağına,
küçəyə, kitabxanaya
Puşkinin adı verilib.
Azərbaycan xalqı dahi
rus şairinin anadan olmasının 200 illiyini 2001-ci ildə təntənə ilə qeyd etdi. Bu münasibətlə orta və ali
məktəblərdə müxtəlif
tədbirlər, müsabiqələr,
inşa yazılar, poeziya axşamları keçirildi. Ən yaddaqalan hadisə
isə 2001-ci ilin payızında oldu. Oktyabrın 12-də Bakının
mərkəzində Aleksandr
Sergeyeviç Puşkin
və Üzeyir Hacıbəyov adına
küçələrin kəsişdiyi
yerdəki bağçada
dahi rus şairinin abidəsinin təntənəli açılış
mərasimi keçirildi.
Tədbirdə ümummilli liderimiz
Heydər Əliyev iştirak edirdi. Abidənin müəllifi mərhum rus heykəltəraşı
Yuri Orexovdur. Ümummilli
liderimiz Bakı sakinlərinin böyük
məhəbbətlə toplaşdığı
mərasimdə məzmunlu
nitq söylədi:
"Hesab edirəm ki, Puşkinin heykəli burada, Bakının və bütün Azərbaycan vətəndaşlarının çox seyr etdikləri yerdə həmişə Rusiya-Azərbaycan
əlaqələrinin, rus
xalqı ilə Azərbaycan xalqı arasındakı əlaqənin
nə qədər zəruri olduğunu və onların daim inkişaf etdirilməsinin vacibliyini yada salacaqdır, bildirəcəkdir".
Təbii ki, rus mədəniyyətinin tanınmış
simaları ilə əlaqələrin tarixi çox qədimdir. Puşkinin Qafqazda olması və burada hər bir xalq
barəsində öz
rəyini bildirməsi
bir çox mətləblərdən xəbər
verir. Qonşu Gürcüstanda da Puşkini çox sevir, onun adını
müəssisəyə, ali məktəbə,
teatra, prospektə veriblər. Həm Azərbaycan, həm Gürcüstan ali
və orta məktəblərində Puşkin
tədris edilir, oxunur, öyrənilir, sevilir.
Bəs qonşu Ermənistanda
bu sarıdan vəziyyət necədir?
Hələ sovet dövründə bu respublikada Puşkinin adına küçə,
müəssisə, idarə,
təşkilat olmayıb.
Heç
orta məktəblərdə
də onun yaradıcılığı öyrənilmir.
Əksinə, hər bir erməninin məkrli qəlbində Puşkinə
qarşı kin, ədavət
və nifrət bəslənilib. Çünki
böyük şair, bəşəri ideyalara xidmət edən nadir şəxsiyyət bu nadan və xəyanətkar
toplumun iç üzünü açan çox məşhur, dahiyanə fikrini söyləyib: "Sən
qul, sən oğru, sən ermənisən!".
XIX əsrdən üzübəri yol gələn bu dəqiq möhür ermənilərin sifətinə
elə bir ağır zərbə endirib ki, onlar
bunu unuda bilmirlər. Halbuki Puşkin
təkcə Rusiyanın,
Qafqaz xalqlarının
sevdiyi, oxuduğu, rəğbət bəslədiyi
şair deyil, bəşəriyyətin böyük
oğlu, dünya mədəniyyətinin mənəvi
sərvətini zənginləşdirən
düha sahibi olub.
Mədəniyyət.- 2010.-
30 iyul.- S. 13.