Komik obrazların mahir ifaçısı: Hacıbaba Bağırov

 

   Hacıbaba Bağırov səhnə yaradıcılığına dram aktyoru kimi başlayıb. Lakin yaradıcılığının estetik səciyyələri əsasən musiqili komediya janrı ilə bağlıdır.

   Hacıbaba Ağarza oğlu Bağırov 12 iyun 1932-ci ildə Bakıda doğulub. Aktyorluğa 1940-cı illərdə Milli Dram Teatrının yardım heyətində başlayıb, burada üçillik aktyorluq studiyasını bitirib. 1948-1949-cu illərdə Lənkəran Dram Teatrında çalışıb. Sonra Bakı Dəmiryolu Texnikumunda oxuyub. Bir neçə il müxtəlif mədəniyyət müəssisələrində çalışıb. 1960-cı ildə Gəncə Dram Teatrında işləyib. 1962-ci ildən isə Musiqili Komediya Teatrının truppasında fəaliyyət göstərib.

   H.Bağırov dramatik hərəkətlər toplusuna plastik rəqs elementlərinə malik aktyor idi. Qaravəlli tipli səhnə obrazlarında karnaval estetikası prinsiplərindən ustalıqla istifadə edirdi.

   Həmin yaradıcılıq prinsipləri əsasında yaratdığı başlıca rollar bunlardır: Muradxan bəy ("Əlli yaşında cavan", Zülfüqar bəy Hacıbəyov), Soltan bəy, Məşədi İbad ("Arşın mal alan" "O olmasın, bu olsun", Üzeyir bəy Hacıbəyov), Uzun ("Toy kimindir?", Məhərrəm Əlizadə Ağası Məşədibəyov), İbişov, Dayandur ("Özümüz bilərik" "Olmadı elə, oldu belə", Şıxəli Qurbanov Süleyman Ələsgərov), Fəqan ("Səndən mənə yar olmaz", Məhərrəm Əlizadə Əşrəf Abbasov), Mitoş ("Hicran", Sabit Rəhman Emin Sabitoğlu), Hüseynqulu ("Sizinlə gülə-gülə", "Bildirçinin bəyliyi", "92 dəqiqə gülüş", Rüfət Əhmədzadə Emin Sabitoğlu), Əsgər Nəcəfoviç ("Ləpələr", Əliağa Kürçaylı Arif Məlikov), Atakişi ("Bankir adaxlı", Tamara Vəliyeva Emin Sabitoğlu), Bilal ("Qız görüşə tələsir", Adil Babayev Tofiq Bakıxanovla Nəriman Məmmədov), Möhsün ("Ulduz", Sabit Rəhman Süleyman Ələsgərov) s.

   Hacıbaba Bağırov 1974-cü ildə Əməkdar artist, 1982-ci ildə Xalq artisti fəxri adlarına layiq görülüb.

   Teatrla yanaşı kino sahəsində fəaliyyəti uğurlu olub. "Ulduz"da Möhsün, "Qanun naminə Arif, "Onun bəlalı sevgisi"ndə Qaraxalov, "Alma almaya bənzər" Məmmədəli, "Şirbalanın məhəbbəti"ndə Şirbala rolları kino həvəskarları tərəfindən maraqla qarşılanıb.

   1989-cu ildən 1996-cı ilədək yaratdığı "Tənqid-təbliğ" teatrının direktoru bədii rəhbəri vəzifələrində çalışıb. 1996-cı ildən Musiqili Komediya Teatrının direktoru, bədii rəhbəri aktyoru olub. 2001-ci ildə E.Sabitoğlu, T.Vəliyevanın "Bankir adaxlı" tamaşasına görə "Qızıl Dərviş" mükafatına layiq görülüb.

   2006-cı il oktyabrın 4-də vəfat edib.

 

 

   Mədəniyyət.- 2010.- 11 iyun.- S. 14.