Kənd turizmi:
imkanlar və perspektivlər
Mütəxəssislər ölkəmizdə turizmin bu
növünün yayılması üçün regionlarda
geniş maarifləndirmə işinin aparılmasını
vacib sayırlar
Son dövrdə Azərbaycanda müxtəlif turizm istiqamətləri
üzrə infrastrukturun yaradılması xarici turistlərin
respublikamıza marağını artırır. Ölkəmizdə
turizmin əksər növlərinin, o cümlədən kənd,
müalicə-sağlamlıq, ekoloji, mədəni, sosial,
kommersiya, idman, dini, xüsusi maraq kəsb edən və s.
inkişafı üçün geniş imkanlar mövcuddur. Dünya
turizm sənayesində kənd turizmi mühüm yer tutur.
Xüsusilə böyük meqapolislərin əhalisi
üçün şəhərin səs-küyündən
uzaqda, sakit yaşıl guşədə istirahət etmək
çox cəlbedicidir.
Azərbaycanda kənd turizminin inkişaf səviyyəsi və perspektivləri barədə Turizm İnstitutunun turizm biznesinin və texnologiyasının təşkili kafedrasının müəllimi Qəhrəman Yusupovla söhbət etdik.
Q.Yusupovun sözlərinə görə, kənd ərazilərinin landşaft, klimatoloji, balneoloji, tarixi-mədəni və digər amilləri insanların fiziki və mənəvi bərpasına təsir edən dəyərsiz qüvvələrdir. Ölkəmizin iri sənaye mərkəzlərindən və xaricdən gələn insanlarda adi kənd evində yaşayıb istirahət etmək arzusu böyükdür. Mütəxəssis bildirir ki, belə turistlər kənd həyatını dadmaqla yanaşı, müvafiq səviyyədə xidmətin olmasını da istəyirlər: «Bizim kənd evlərində isə əksər hallarda bu cür şərait olmur. Doğrudur, turistlərin istəyinə uyğun şəraitin yaradılması, onlara müvafiq xidmətin göstərilməsi müəyyən maddi xərclər tələb edir. Lakin bu xərclər artıqlaması ilə ev sahibinə qayıda bilər. Kənd evinin sahibi turistlərə hər cür rahatlığı olan ev və yemək təqdim etməklə bərabər, onlara bələdçilik, tərcüməçilik, nəqliyyat xidməti göstəmək, ev heyvanları və quşları bəsləmək üçün qısa müddətli imkan yaratmaqla əlavə xidmət haqqı əldə edə bilər».
Həmsöhbətimizin sözlərinə görə, əyalətlərdə turizmin bu növünün inkişaf etdirilməsində kənd əhalisinə yardımçı olmaq, onları müəyyən stereotiplərdən uzaqlaşdırmaq üçün yerli TV və mətbuatda çıxışlar etmək, kənd turizminin onlara və yaşadıqları ərazilərə maddi və ekoloji cəhətdən xeyirli olmasını mütəmadi izah etmək lazımdır: «Ev sahiblərinin üzügülərliyi, interyer, otaqların qıcıqlandırıcı olmayan boya rəngi, həyətin səliqə-sahmanı, yaşayış yerlərinin, xüsusilə yardımçı otaqların təmizliyi xeyli önəm daşıyır. Turistlərin yerləşəcəyi otaqlarda əlavə yataq dəstləri, dəsmallar və s. olmalıdır. Onların istirahəti sakitlik şəraitində keçməlidir. Sabitlik amili qonaq evinin qiymət siyasətinə də aid edilir. Xidmətlərin qiymətlərini mövsümün ortasında dəyişmək son dərəcə arzuedilməzdir. Bu, turları qabaqcadan etibarlı şəkildə realizə edə biləcək turoperatorların işlərində xeyli çətinliklər törədər».
Q.Yusupov bildirir ki, kənd turizminin inkişafında istənilən nəticəni əldə etmək üçün kənd əhalisinin bu yöndə maarifləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Mütəxəssis bu baxımdan Avropa ölkələrinin təcrübəsindən yararlanmağı da məsləhət görür: «Kənd turizminin inkişaf istiqamətlərinin müəyyən edilməsi, xidmət müxtəlifliyinin təmini, meydana çıxan maneələri dəf etmək, təcrübə mübadiləsi həyata keçirmək məqsədilə inkişaf etmiş ölkələrdə mütəmadi olaraq kənd turizm konfransları, seminarlar keçirilir. Ev sahiblərinə turistləri qəbul etmək, onlara göstərilən xidməti düzgün təşkil etmək, əlavə xidmətlər və turistlərin sakit, rahat istirahətini təmin etmək yollarını göstərmək məqsədilə təlimlərin keçirilməsi önəmlidir».
Q.Yusupov maraqlı bir məlumatı da diqqətə çatdırdı. Onun dediyinə görə, bugünlərdə Almaniya Xalq Universitetləri Birliyi tərəfindən maliyyələşdirilən layihələr çərçivəsində ölkəmizin cənub regionunun əhalisi arasında kənd turizmi mövzusunda təlimlər keçirilib. Təlimlərdə Masallı, Lənkəran, Yardımlı, Lerik, Astara rayonlarından olan və bu işə marağı olan sakinlər iştirak ediblər.
Mütəxəssis Azərbaycanda kənd turizminin inkişafı üçün maarifləndirmə tədbirlərinin bütün regionlarda və mütəmadi olaraq keçirilməsini məsləhət görür: «Fikrimcə, dövlət tərəfindən məqsədli kiçik kreditlərin verilməsi kənd yerlərində qonaq evlərinin təşkilinin stimullaşdırılmasına, eyni zamanda kəndlərin infrastrukturunun da yaxşılaşmasına müsbət təsir göstərə bilər.
Kənd turizmi yalnız biznes növü deyil, eyni zamanda
ictimai diplomatiya vasitəsidir. İnsanlar hotellərdə
qapalı şəkildə qalmaq istəmirlər, onlar yerli
sakinlərlə münasibət qurmaq, yerli məişət və
adət-ənənələrlə
Fəxriyyə
Abdullayeva
Mədəniyyət.- 2010.- 2 iyun.- S.
9.