Mədəniyyət siyasətinin həyata keçirilməsində elmin rolu

 

   Asif Usubəliyev,

   Mədəniyyət Turizm Nazirliyinin Elmi-metodiki

   sektorunun müdiri, siyasi elmlər namizədi

  

 

    Mədəniyyət siyasəti - millətin mənəvi, iqtisadi sosial inkişafının, onun intellektual potensialının artırılmasını, xalqın mənəvi sağlamlığını rifahının möhkəmləndirilməsini, habelə milli klassik mədəniyyət nümunələrinin təbliğini birliyini təmin edən siyasətdir.

  

   Bu gün biz tərəddüd etmədən Azərbaycanda mədəniyyət siyasətinin xarici siyasətlə uğurlu tandemindən danışa bilərik. Bu, mədəniyyət siyasətinin tükənməz potensiala Azərbaycan reallıqları çərçivəsində böyük perspektivlərə malik olduğunu sübut edir.

   Mədəniyyət siyasətinin qarşısında duran əsas vəzifələr bunlardır:

   mədəni dəyərlər sisteminin qorunub saxlanılması inkişaf etdirilməsi;

   milli mədəniyyətin vahidliyinin təsdiq edilməsi;

   mədəni inkişafda qeyri-tənasüblüyün aradan qaldırılması;

   mədəni sosial-iqtisadi inkişafın təmin edilməsi;

   milli birliyin həmrəyliyin təminatı;

   milli identifikasiya meyarlarının müəyyən edilməsi təbliği;

   mədəniyyətdə varislik prinsipinin təbliği; mədəni irsin qeydiyyata alınması qorunması, həmçinin onun öyrənilməsi təbliği;

   mövcud sosial-siyasi sistemin demokratikləşməsinin həyata keçirilməsi;

   ziyalılar xalq kütləsi arasında səmərəli dialoqun qurulması;

   bədii yaradıcılıq fəaliyyəti üçün lazımi şəraitin yaradılması;

   təşəbbüslərin yaradıcılıq fəaliyyətinin dəstəklənməsi;

   mədəni fəaliyyətin müxtəlif formaları üzrə kadr hazırlığı təkmilləşdirilməsi;

   sahənin qarşısında duran əsas məqsədlərə nail olunması prosesinə elmi potensialın cəlb olunması;

   mədəni maarifləndirmə proqramlarının həyata keçirilməsi;

   mədəni təşkilatlar şəbəkəsinin genişləndirilməsi;

   xaricdə milli mədəniyyət nailiyyətlərinin təbliği milli mədəniyyət nümunələrinin mənimsənilmə proseslərinin qarşısının alınması s.

   Qeyd olunan vəzifələr mədəniyyət siyasətinin həyata keçirilməsində elmin, o cümlədən kulturologiya elminin geniş iştirakının vacibliyini şərtsiz olaraq təsbit edir. Məhz mürəkkəb elmi metodikalar analitik təhlillər sahənin strateji planlaşdırılmasına, kreativ idarə olunmasına, cərəyan edən proseslərin adekvat qiymətləndirilməsinə, mövcud tendensiyaların inkişaf modellərinin müəyyən edilməsinə, habelə mədəni hadisələrin effektiv proqnozlaşdırılmasına səbəb ola bilər. Mahiyyət etibarilə mürəkkəb təzahür formalarına görə çoxsahəli olan sosial-mədəni proseslərin proqnozlaşdırılması, habelə prosesdə iştirak edən sistemlərin idarə olunma modellərinin prinsiplərinin mütəmadi şəkildə modernləşməsi məsələləri bu sahənin inkişafında mühüm rol oynayır.

   Təsadüfi deyil ki, Mədəniyyət Turizm Nazirliyində mədəniyyətə incəsənətə xas olan ənənəvi istiqamətlərlə yanaşı, yeni sahələrə, o cümlədən elmin müvafiq ixtisaslar üzrə təhsilin inkişafına da ciddi fikir verilir. Mədəniyyət Turizm Nazirliyində Elm təhsil şöbəsinin açılması qeyd olunanların təzahürü olaraq elmin inkişafını nazirliyin prioritet sahəsi kimi müəyyən edir.

   Mədəniyyət Turizm Nazirliyi yarandığı ilk gündən etibarən mədəniyyət siyasətinin reallaşmasında elmin potensiallarına elmi metodlara müraciətini, habelə elmi qurumlar ilə əməkdaşlıq əlaqələrinin yaradılmasını önəmli vəzifə kimi müəyyən edib. Aparılmış islahatlar nəticəsində Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin yaradılması, müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq Kulturoloqların Milli Forumunun Kulturoloqların Birinci Beynəlxalq Bakı Forumunun keçirilməsi, respublikanın tanınmış alimlərinin iştirakı ilə kulturologiya üzrə açıq mühazirələrin təşkili, ümumrespublika elmi məqalələr müsabiqəsinin keçirilməsi, bir sıra elmi konfransların, o cümlədən Moskva şəhərində Rusiya Kulturologiya İnstitutu ilə birgəMüasir kulturologiya: nəzəriyyədən təcrübəyəadlı beynəlxalq elmi konfransın təşkili, elmi məqalələr toplusunun nəşri, elm sahəsində beynəlxalq əməkdaşlıq şəbəkəsinin genişləndirilməsini qeyd etmək olar.

   Bundan əlavə, Rusiyanın Gürcüstanın müvafiq elmi qurumları ilə əməkdaşlıq müqavilələrinin imzalanması, müvafiq məsələlər üzrə konsultasiyaların aparılması üçün xarici alim-ekspertlərin Azərbaycana dəvət olunması, müvafiq sahələr üzrə alim-mütəxəssislərin iştirakı ilə ictimai şuraların yaradılması, maddi-mədəni irs nümunələrinin konservasiya bərpa olunması sahəsində elmi tədqiqatların genişləndirilməsi, beynəlxalq elmi tədbirlərdə layihələrdə nazirliyin uğurla təmsil olunması, respublikanın mətbu orqanlarında mütəmadi olaraq təbliğat məzmunlu məqalələrin nəşri, tanınmış alimlərin iştirakı ilə respublikanın bir çox rayonlarındaMilli mədəniyyət müasir mədəniyyət siyasətimövzusunda təlimlərin keçirilməsi, turizm sahəsində elmi tədqiqatların aparılması digər bu kimi əməli tədbirlərin adlarını çəkmək olar. Odur ki, mədəniyyət siyasətinin həyata keçirilməsində elmin potensiallarına müraciət olunma hallarının genişləndirilməsi Mədəniyyət Turizm Nazirliyinin qarşısında duran başlıca vəzifələrdən biridir.

   Sözsüz ki, mədəniyyət siyasəti kontekstində ən böyük əhəmiyyətə malik olan elm kulturologiyadır. Bu gün dünyada kulturologiya elmi haqqında fikirlər mübahisəli olsa da, onun vacibliyi, praktiki əhəmiyyəti perspektivliyi heç kəsdə şübhə yaratmır. Qloballaşma mürəkkəb inteqrasiya prosesləri zamanı milli müstəqil mədəniyyət siyasətinin həyata keçirilməsində sahənin strateji planlaşdırılmasında kulturologiya elminin xüsusi əhəmiyyəti vardır.

   Bu gün qloballaşan dünyada milli-mənəvi dəyərlərimizin mühafizəsi, mədəni inteqrasiyanın optimal yollarının araşdırılması müəyyənləşdirilməsi baxımından mövcud baxışların konseptual bir şəklə gətirilməsi, xalqlarımızın mənəvi ünsiyyətinin intensivləşməsi, mənəvi yaxınlaşma prosesinin sürətlənməsi nəticədə mükəmməl şəkildə bir-biri ilə qovuşması vacibdir. Ölkənin milli siyasəti müxtəlif millət, etnik qrup dini azlıqların birgə yaşaması dözümlülük prinsipləri əsasında müəyyənləşdirilib. Odur ki, mövcud sahə daim mədəniyyət siyasətinin diqqətindədir. Belə ki, mədəniyyət siyasətinin ən mühüm istiqamətlərindən biri olan millətlərarası dinlərarası münasibətlərdə tolerantlıq prinsiplərinin təşviq olunması təbliği məsələlərində elmin rolu danılmazdır.

   Beləliklə, qeyd olunanları nəzərə alaraq, müasir dövrdə Azərbaycan Respublikasının mədəniyyət siyasətinin ən mühüm vəzifələri kimi aşağıdakıları müəyyən etmək olar:

   müxtəlif elmi metodikalar əsasında bəşəriyyətin sosial-mədəni inkişaf təcrübəsi əsasında modernləşmə mexanizmlərinin işlənilməsi;

   Avropa dünya mədəniyyətinin mütərəqqi yeniliklərinin Azərbaycan mədəniyyətinə inteqrasiyasına yaradıcı tətbiqinə şəraitin yaradılması;

   "mənəvi istehsal" sferasının idarə edilməsi maliyyələşdirilməsinə yeni üsulların tətbiqi;

   təhsil, elm incəsənətin inkişafının əlaqələndirilməsi;

   ziyalıların ictimai statusu, hüquqi sosial müdafiəsinə diqqətin artırılması;

   "humanitar" mədəniyyətin formalaşdırılması;

   mədəni identifikasiya proseslərinin təkmilləşdirilməsi;

   sosial-mədəni inkişaf imkanlarının bərabərliyinin təmin edilməsi;

   dövlət QHT-lər arasında mədəniyyət sahəsində əməkdaşlığın dəstəklənməsi inkişaf etdirilməsi;

   sülh mədəniyyətinin, həmçinin qlobal mədəniyyət siyasətinin vahid prinsiplərinin müəyyən edilməsi.

   Müəyyən olunmuş vəzifələrin yerinə yetirilməsində, mövcud sahədə fəaliyyətin səmərəliliyinin artırılmasında, habelə əqli digər resursların rasional istifadə olunmasında elmi yanaşmaların rolu təkzibolunmazdır. Odur ki, elm elmi metodikalar mədəniyyət siyasətinin əsas prioritetlərinin müəyyən edilməsinə qarşıda duran məqsədlərə nail olunmasına xidmət edir.

 

 

   Mədəniyyət.- 2010.- 2 iyun.- S. 7.