"Milli mədəniyyət müasir mədəniyyət siyasəti" layihəsi davam edir

 

   Növbəti seminarlar Quba, Qax Şəkidə keçiriləcək

  

   Mədəniyyət Turizm Nazirliyi sistemində çalışan əməkdaşların nəzəri hazırlıq səviyyəsinin artırılması məqsədilə respublikanın tanınmış alimlərinin iştirakı ilə "Milli mədəniyyət müasir mədəniyyət siyasəti" mövzusunda mədəniyyət müəssisələrinin əməkdaşları üçün regional seminarlar davam etdirilir.

  

   Seminarların coğrafiyası da genişlənir. İndiyə qədər "Milli mədəniyyət müasir mədəniyyət siyasəti" adlı seminarlar Gəncə, Lənkəran, Şirvan Mingəçevir şəhərlərində, Ağdaş Şamaxı rayonlarında təşkil olunub. Layihə bu il ərzində davam edəcək.

   Seminarlar zamanı "Müasir Azərbaycanın mədəniyyət siyasətinin əsas hədəfləri istiqamətləri", "Mədəniyyət siyasətinin xüsusiyyətləri", "Mədəniyyət sahəsində beynəlxalq münasibətlərin qurulması", "Mədəniyyət təbliğat", "Mədəniyyət diplomatiya", "Milli Azərbaycan mədəniyyəti", "Azərbaycan mədəniyyətinin tarixi" kimi mövzular ətrafında geniş müzakirələr aparılır.

   Nazirliyin bu cür təşəbbüsləri regionlarda çalışan əməkdaşların yeni peşəkarlıq keyfiyyətlərinə yiyələnməsi mədəniyyət siyasətinin həyata keçirilməsində elmi potensialın geniş iştirakının təmin olunmasında böyük əhəmiyyətə malikdir.

   Qeyd edək ki, növbəti seminarlar iyun ayında Qubada, iyul ayında isə Qax Şəkidə keçiriləcək.

  

 

   İntiqam Hacılı

 

   Mədəniyyət.- 2010.- 2 iyun.- S. 7.