Zamiq Əliyevin 60 illik yubileyi qeyd olunub
Mayın 31-də Beynəlxalq Muğam Mərkəzində Xalq artisti, tarzən Zamiq Əliyevin 60 illiyinə həsr olunmuş tədbir keçirildi. Musiqili gecə
Zamiq Əliyevin 40 illik yaradıcılığına
həsr edilmiş videomaterialın nümayişilə
başlanıb.
Tədbirdə çıxış
edən Xalq şairi, Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqub Zamiq Əliyevin həyat və fəaliyyəti barədə
ətraflı məlumat
verdi, onun
müasir dövrümüzdə
tanınan, sevilən,
ən fəal ictimai xadim səviyyəsində
olan bir tarzən olduğunu vurğuladı. Daha sonra çıxış
edən akademik Vasim Məmmədəliyev
Zamiq Əliyevin Azərbaycan tar ifaçılıq
məktəbinin gözəl
nümayəndələrindən biri olduğunu qeyd etdi: “Zamiq
istər bizim muğamlarımızı, istərsə
də bəstəkar mahnılarını, xalq mahnılarını çox
gözəl ifa edir”.
Tədbirdə Bəstəkarlar
İttifaqının sədri
Firəngiz Əlizadə,
xalq artistləri, görkəmli xanəndə
Arif Babayev, kaman ustası Habil Əliyev və başqa sənət, elm adamları
Zamiq Əliyevi təbrik etdilər. Xanəndələr Elnarə
Abdullayeva, Simarə İmanova, Aygün Bayramova, Güllü Muradova və başqaları öz ifaları ilə səbəbkarı təbrik
etdilər. Tədbirdə tamaşaçılara Zamiq Əliyevin 60 yaşı münasibətilə
çapdan çıxmış
“Şəxsiyyət” adlı
jurnal hədiyyə olundu. Jurnalda Zamiq Əliyevin
həyat və yaradıcılığı haqqında
məlumat verilir.
Həmçinin sənətkarın
yaxın dost və tanışlarının Zamiq
Əliyev haqqında fikirləri yer alıb.
Nuray
Mədəniyyət.- 2010.- 2 iyun.- S.
4.