Kiçik
rəssamların əl
işləri sərgilənib
1 iyun - Uşaqların Beynəlxalq Müdafiə
Günü ilə əlaqədar ölkəmizin
ayrı-ayrı mədəniyyət
müəssisələrində müxtəlif tədbirlər
keçirilib. Belə
tədbirlərdən biri
Səttar Bəhlulzadə
adına Mərkəzi
Sərgi Salonunda gerçəkləşdi.
Tədbiri giriş sözü ilə açan mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva əlamətdar gün münasibətilə uşaqları təbrik etdi. Ölkəmizdə uşaqlara daima qayğı göstərildiyini deyən natiq onların yaradıcı potensialının üzə çıxarılması istiqamətində müxtəlif layihələrin, tədbirlərin həyata keçirildiyini bildirdi. O, çıxışında uşaqların yaradıcı potensiallarının üzə çıxarılması istiqamətində görülən işlərdən danışdı, sərgidə rəsmləri sərgilənən balacalara yeni nailiyyətlər arzuladı.
Tədbirdə çıxış edən Milli Məclisin üzvü Elmira Axundova Azərbaycanda mədəniyyətin, incəsənətin inkişafına diqqət göstərildiyini, rəssamların da daima qayğı ilə əhatə olunduğunu qeyd etdi.
Azərbaycan Rəssamlar İttifaqının katibi Xalq rəssamı Ağəli İbrahimov, “DA-ART” Rəsm Studiyasının müəllimi Dilarə Atakişiyeva əlamətdar gün münasibətilə fikirlərini iştirakçılarla bölüşdü, tədbir təşkilatçılarına minnətdarlığını ifadə etdi.
Sonra sərgiyə baxış keçirildi. Müxtəlif yaş qruplarında olan uşaqların rəsm əsərlərinin yer aldığı sərgi izləyicilər tərəfindən maraqla qarşılandı. Sərgidə “DA-ART” Rəsm Studiyasının üzvlərinin çəkdikləri 150-dən artıq rəsm əsəri, müxtəlif əl işləri nümayiş olunurdu.
Sərgiyə 4 rəsm əsəri təqdim edən Şahin Əlibəyli 8 yaşındadır. Rəssamlığa marağı böyükdür. İlk yaradıcılıq uğurlarının əldə olunmasında ailəsinin dəstəyini daim üzərində hiss edən Şahin gələcəkdə tanınmış rəssam olmaq istəyir. 7 yaşlı bacısı Əminə Əlibəyli də rəsm çəkir. Müəllimi Dilarə Əliyeva da onların gələcəyinə ümidlə baxır.
Sərgidə iştirak edən azyaşlı rəssamların
bir neçəsinin əsəri mədəniyyət
və turizm nazirinin müavini Sevda Məmmədəliyevaya,
Milli Məclisin üzvü Elmira Axundovaya və digər iştirakçılara
təqdim olundu.
Mədəniyyət.- 2010.-
2 iyun.- S. 2.