«Kann festivalında iştirak mənə böyük stimul verdi»

 

   Gənc rejissor Rüstəm Babazadə «Adəmin həvvaları haqqındaadlı tammetrajlı film çəkmək istəyir

  

   May ayında Fransanın Kann şəhərində keçirilən ənənəvi kinofestival Azərbaycan üçün daha çox qısametrajlı filmlər bölməsi ilə yadda qaldı. Xəbər verdiyimiz kimi, festivalın “Short Film Corner” bölməsinə azərbaycanlı rejissor Şamil Əliyevinİz...Qalasənədli filmi təqdim olunmuşdu. Bu bölməyə filmi təqdim olunan digər həmyerlimiz isə gənc rejissor Rüstəm Babazadədir.

  

   Kinoda debütü olanAdəmin həvvaları haqqındaqısametrajlı filmi ilə festifala qatılan rejissor təəssüratını bizimlə bölüşdü: “Filmin süjet xətti bir qədər fərqlidir. 14 dəqiqəlik filmdə mən Rus Dram Teatrının aktyoru Zaur Şəfizadə çəkilmişik. Filmdə iki personajın kafedə oturub həyatın qəliz mövzuları barədə söhbətindən bəhs edilir. Demək olar ki, film dialoqlardan ibarətdir”.

   Rejissor gələcəkdəAdəmin həvvaları haqqındafilmini tammetrajlı şəkildə çəkmək istədiyini bildirdi. Onun sözlərinə görə, Kann festivalında bu barədə bir neçə ölkədən təklif alıb: “Bu filmin Əbu-Dabidə (Səudiyyə Ərəbistanı) yenidən nümayişi üçün mənə təklif gəldi. Başqa bir neçə festivala da dəvət almışam. Ümumiyyətlə, Kann festivalında iştirak etmək mənə çox böyük stimul verdi. Orada dünyanın bir neçə məşhur ulduzları ilə tanış oldum. Hazırda növbəti qısametrajlı film üzərində işləyirəm. Yaxın aylarda hazır olacaq”.

   Xatırladaq ki, Kann kinofestivalında “Short Film Corner” bölməsi üzrə finlandiyalı rejissor Yuxo Kuosmanenin "Rəsm əsəri satıcıları" filmi birinci mükafata 15 min avroya layiq görülüb. İkinci mükafatı 11 min avronu fransız rejissor Vinsentu Kardonun "Dünyadan başqa istənilən yerdə" filmi alıb. Dəyəri 7,5 min avro olan üçüncü mükafatı isə Vatçe Bulquryanın "Beşinci kalon" (ABŞ) Serbiyadan Dayn Komleynin "Mən artıq istədiyim hər şeyə sahibəm" filmləri bölüşüblər. Onu da qeyd edək ki, bu il “Short Film Corner” bölməsinə 15 minə qədər fim təqdim olunmuş onlardan yalnız 200-ə qədəri festivalın şərtlərinə uyğun gəlmişdi.

   Kann festivalına təqdim olunmuşİz...Qalasənədli filminin rejissoru Şamil Əliyev həmin müddətdə Xarkovda beynəlxalq kinofestivala qatıldığından Fransaya gedə bilməyib. Bununla belə, o Kann festivalında filmin nümayişindən sonra tamaşaçı məktubları aldığını deyir: ““İz...Qalasənədli filminin nümayişindən sonra bir neçə tamaşaçıdan, həmçinin Türkiyə kinematoqrafçılarından da məktublar aldım. Filmin nümayişi üçün bir neçə yeni təklif almışam. Hazırda filmi yenidən başqa festivallara göndərməyi düşünürük”.

  

 

   Yeganə

 

   Mədəniyyət.- 2010.- 4 iyun.- S. 11.