Heydər Əliyev Fondunun
dəstəyi ilə Qala festivalı keçirilib
Festival çərçivəsində
Qala mis qablar və əntiq əşyalar muzeyinin təməlqoyma
mərasimi də olub
İyunun 3-də Heydər Əliyev Fondunun dəstəyilə xalqımızın zəngin tarixi keçmişini, qədim və mükəmməl məişət ənənələrini yaşatmaq, gənc nəslə tanıtmaq və təbliğ etmək məqsədi ilə “Qala” Dövlət Tarix Etnoqrafiya Qoruğunun ərazisində Qala festivalı keçirilib.
Festivalın açılış mərasimində Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva və qızı Leyla Əliyeva iştirak ediblər.
Festivala qatılanlar Abşeronda ən qədim insan məskənlərindən biri hesab olunan Qalada tarixi keçmişə səyahət etmək imkanı qazanıblar.
Tədbirə Bakının müxtəlif orta və internat məktəblərindən, uşaq evlərindən 2500 uşaq qatılıb.
Uşaqlar Mehriban xanım Əliyevanı hərarətlə qarşılayıb. Azərbaycanın birinci xanımına gül dəstələri təqdim olunub.
Mehriban xanım Əliyeva “Abşeron qalaları” layihəsi ilə tanış olub, “Qala” qəsrinə baxıb.
Heydər Əliyev Fondunun prezidenti xüsusi qayğıya ehtiyacı olan uşaqların, məktəblilərin əl işləri ilə yaxından tanış olub, onlarla xatirə şəkli çəkdirib.
Festival çərçivəsində Heydər Əliyev Fondu və “Təmiz şəhər” Açıq Səhmdar Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Qala” Dövlət Tarix Etnoqrafiya Qoruğunda tullantıların idarə olunması layihəsinə start verilib.
Mehriban xanım Əliyeva layihə ilə maraqlanıb.
Məlumat verilib ki, layihə qoruq ərazisində tullantıların yığılması, daşınması və zərərsizləşdirilməsi sisteminin müasir standartlara uyğun qurulmasını nəzərdə tutur.
Qala festivalı daha bir əlamətdar hadisə ilə
yadda qalıb.
Burada yeni nəslin fiziki, intellektual, mənəvi
sağlamlığına daim diqqət yetirən Heydər Əliyev
Fondunun dəstəyi ilə yaradılan və şəxsiyyətin
inkişafına, Vətənə, xalqımızın milli
irsinə yönələn iki masaüstü oyunun - “Gənc
intellektual” və “Şirvanşahların yüksəlişi”
oyunlarının təqdimatı olub.
Festival çərçivəsində Qala mis qablar və
əntiq əşyalar muzeyinin təməlqoyma mərasimi də
olub.
Heydər Əliyev Fondunun prezidenti mərasimdə
iştirak edib.
Sonra M.Əliyeva iki hektar ərazisi olan muzey kompleksində
qayaüstü rəsmlər, qavaldaşı, keramika, məişət
və bəzək əşyaları, silah, sikkələr,
ibtidai yaşayış sahələri, müxtəlif
emalatxanalarla
Azərbaycanın birinci xanımı toxuculuq,
dulusçuluq, dəmirçilik ənənələrini sərgiləyən
sənətkarların əl işləri ilə
Xalq gəzintisinə çevrilmiş festivalda qədim
etnik adət-ənənələri əks etdirən
yarış və mərasimlər keçirilib.
Mədəniyyət.- 2010.- 4 iyun.- S.
9.