Musiqisiylə
danışan sənətkar
Əlixan Səmədov: «Mənim üçün əsas məsələ harada yaşamaq deyil, Azərbaycan mədəniyyətini harada
yaşatmaqdır»
Onun ifasında səslənən musiqiləri
dinləyərkən sanki
ruhun başqa bir dünyaya köç edir. Milli musiqi alətimiz
olan balabanın və musiqilərimizin Azərbaycandan kənar təbliğində Əlixan
Səmədovun xüsusi
rolu var. Bir neçə yerli və xarici
mükafatların qalibidir.
“Sarı gəlin”, “Apardı sellər Saranı”, “Heyvagülü”
və bu kimi unudulmaz bəstələrimiz bu gün Əlixan Səmədovun ifasında
Hollivud və Avropanın bir çox filmlərində istifadə olunur. Bu gün də
bu istiqamətdə bir çox işlər görən məşhur ifaçı
Əlixan Səmədov
uzun illərdir Türkiyədə yaşayıb
yaratmaqdadır. Onunla müsahibəni də internet (elektron poçt) vasitəsilə
aldıq.
- Müxtəlif
musiqi alətlərində
ifa etməyi bacarırsınız. Amma onların arasında əsas balabanı seçmisiniz...
- Bütün musiqi
alətlərində ifa
etməyi sevirəm. Amma balabanın yeri başqadır. Belə ki Azərbaycanda
yaşadığım illərdə
“İstedad” rəqs ansamblında balabanda ifa etmişəm. Türkiyəyə köçəndən
sonra orada balabanı yaxşı tanımadıqlarını biləndə
çox təəssüflənmişdim.
O zamandan qarşıma
məqsəd qoydum və özümə söz verdim ki, bir gün
gələcək balabanı
bütün dünya tanıyacaq. O gündən
bu günə qədər “Balaban” adlı yeddi albom işıq üzü gördü və bu musiqi
alətinin adı dünyada tanındı. Dünyanın hər yerindən mənə məktublar gəlməyə
başladı, balaban haqqında bilgi almaq istəyənlər getdikcə çoxaldı.
Daha sonra “Balaban metodu” adlı kitab da yazdım. Üç dildə - türk, rus, ingilis dillərində nəşr olunan kitabda balabanın hazırlanması, ifası,
tarixi və not təlimləri yer alıb.
- İlk dəfə
balabanda ifa etdiyiniz musiqi yadınızdadırmı?
- Uşaq vaxtlarında
musiqiyə nağarada
ifa etməklə başlamışdım. Sonra
qarmonla davam etdim. Qarmondan sonra qaboyla
- Ermənilər balabanı
dünyada «duduk» adı ilə tanıtdırmağa çalışırlar.
Biz isə bir az layeyidik deyəsən...
- Son zamanlar gənclərimiz
əcnəbi musiqiləri
dinləməyə daha
çox üstünlük
verirlər. Təəssüf
ki, balabana, xalq musiqisinə olan maraq o qədər
də böyük deyil. Mədəniyyətimizi
qorumaq hər bir azərbaycanlının
borcudur.
- Romantikaya tez-tezmi
qapılırsınız?
- Xaraktercə çox
sakit və səbirli insanam. Romantik həyat tərzini çox sevirəm. Ümumiyyətlə,
həyatın hər bir anından zövq almağa çalışıram. Adətən
yolda gedərkən ətrafımdakı gözəllikləri,
dənizin gecəyarı
görünən mənzərəsini
seyr etməyi çox sevirəm.
- Daha çox necə musiqini dinləmək sizə zövq verir?
- Mən hər zaman instrumental musiqilərə
qulaq asıram. Bəzən isə Azərbaycan xalq mahnılarını dinləyirəm.
İfa etdiyim musiqilərdə daha çox hiss etdiklərimi,
yaşadıqlarımı dinləyicilərimlə
paylaşıram.
- Uzun illərdir
ki, Türkiyədə
yaşayırsınız. Niyə
məhz Türkiyə?
- Azərbaycanda yaşadığım
zaman “İstedad” rəqs ansamblıyla dünyanın bir çox yerində konsertlərə gedirdim. Türkiyəyə gəldiyim
zaman isə sanki özümü burada doğma və əvvəllər yaşamış kimi hiss etdim. Burada uzun
zaman yaşayacağımı
heç ağlıma
gətirməzdim. Artıq
20 ilə yaxındır
ki İstanbulda yaşayıram.
- Burada Vətən
həsrəti çəkirsinzmi?
- Türkiyədə özümü
qürbətdə hiss etmirəm.
Türkiyə-Azərbaycan iki
dövlət, bir millətdir. Mənim üçün əsas məsələ harada yaşamaq deyil, harada Azərbaycanı, Azərbaycan mədəniyyətini
yaşatmaqdır.
- Türkiyədə Azərbaycan
musiqisini nə dərəcədə tanıyırlar?
Bizim müğənnilərdən
daha çox kimləri dinləyirlər?
- Azərbaycan musiqisini,
xüsusilə də klassik xalq mahnılarımızı
burada çox sevirlər. Zeynəb Xanlarovanı, Rəşid
Behbudovu yaxşı xatırlayırlar. Amma müasir dövr müğənnilərimizi o qədər
də tanımırlar.
Hətta bir neçə dəfə şahidi olmuşam ki, Azərbaycandan buraya konsert verməyə gələn
müğənnilərimizin konsertində az adam iştirak edir. Bəzən isə konsertin təşkilatçıları zalı azərbaycanlı tələbələrlə doldurmağa
çalışırlar. Belə
olduğu halda heç bir tanınmaqdan söhbət
gedə bilməz.
- Azərbaycan şou-biznesiylə
Türkiyə şou-biznes
nümayəndələri arasında
ifa cəhətdən
hansı fərqlər
və bənzərliklər
var?
- Türkiyədə əsl
sənətçilər adətən
maqazin proqramlarına çıxmamağa üstünlük
verirlər. Burada əsl sənətə böyük önəm verilir. Məncə, fərq bundadır.
- Azərbaycanlı gənclərin
musiqi zövqünü
necə qiymətləndirərdiniz?
- İstedadlı gənc
musiqiçilərimiz çoxdur.
Lakin vaxtlarını toylarda daha çox
keçirdikləri üçün
onlara təəssüf
edirəm. Onları toyda deyil, dünya
konsert salonlarında görmək mənim ən böyük arzumdur. Musiqimizi ölkədən kənarda
təbliğ etmək
o qədər də çətin deyil. Mədəniyyətimizə sevgisi
olan hər bir kəs bunu
edə bilər.
- Musiqi zövqünüzə
məhdudiyyət qoyursunuz?
Ümumiyyətlə, zövqlü
musiqi nədir?
- Musiqi ruhun qidasıdır. Hansı musiqi ruhumu oxşayırsa
məhdudiyyət qoymuram,
onu sevərək dinləyirəm. Pis musiqi janrı yoxdur. Amma elə
üzdəniraq musiqiçilər
var ki, onlara
musiqiçi deməyə
dilim gəlmir. Bəzən dostlarla öz aramızda “işgəncə görmək
istəyirsənsə, al bunu
dinlə” deyə zarafatlar da edirik.
- Gələcək planlarınızda
nələr var?
- Hazırda “Balaban-8” albomu
üzərində işləyirəm.
Albomu müxtəlif dillərdə hazırlamağı
düşünürəm. İnanıram ki, bu albom Azərbaycan
mədəniyyəti və
balabanla bağlı ən böyük işlərimdən biri olacaq. Yaxın zamanlarda burada Mədəniyyət Sarayı
açmağı düşünürəm.
Azərbaycandan dəvət
edəcəyim ustad musiqiçilərlə bərabər,
milli musiqimizi Türkiyədə daha geniş şəkildə
tanıtmaq istəyirəm.
- Sonda Azərbaycana
sözünüz...
- Azərbaycanımızı və millətimi çox sevirəm. Hər
şey Azərbaycanımız üçün!
Söhbətləşdi:
Yeganə Cansail
Mədəniyyət.- 2010.- 4 iyun.- S.
7.