«İslam ölkələrində memarlıq irsimövzusunda beynəlxalq konfrans

 

    Mayın 23-dən 28-dək Səudiyyə Ərəbistanının paytaxtı Əl-Riyad şəhərində Kral Abdullah bin Əbdüləzizin himayəsi altında Ali Turizm Abidələr Təşkilatının təşkilatçılığı iləİslam ölkələrində memarlıq irsimövzusunda 1-ci beynəlxalq konfrans keçirilib. Konfransda Azərbaycanı mədəniyyət turizm naziri Əbülfəs Qarayevin başçılığ etdiyi nümayəndə heyəti təmsil edib.

   Konfransın işində 26 ölkə turizm nazirləri səviyyəsində təmsil olunub.

   Toplantı zamanı qeyd olunan mövzu ilə bağlı müxtəlif islam ölkələrinin nümayəndələri məruzələrlə çıxış edərək memarlıq irsinin ölkələrin turizm sahəsinə müsbət təsirindən danışıblar.

   Azərbaycan nümayəndə heyətinin üzvü, Mədəniyyət Turizm Nazirliyinin Mədəni irs şöbəsinin müdiri Rizvan Bayramov Azərbaycanda mədəni irsin qorunması ilə bağlı məruzə edib. Qeyd olunan məruzə konfrans iştirakçıları tərəfindən böyük maraqla dinlənilib.

 

   Konfrans işi çərçivəsində nümayəndə heyətimizin rəhbəri Ə.Qarayev bir sıra ölkələrin turizm nazirləri və UNESCO, İKT və digər beynəlxalq təşkilatların rəhbərlərilə ikitərəfli görüşlər keçirib, əlaqələrimizin genişləndirilməsi və gələcək planlarla bağlı geniş fikir mübadiləsi aparıblar.

   Qeyd edək ki, konfrans çərçivəsində İslam ölkələri sənətkarlarının əl işlərindən ibarət təşkil olunmuş sərgidə Azərbaycana aid hissə ziyarətçilərin marağına səbəb olub.

  

 

   Mehparə

 

   Mədəniyyət.- 2010.- 4 iyun.- S. 4.