Puşkinin anadan olmasının 211-ci ildönümü Bakıda qeyd edildi

 

   İyunun 4-də klassik rus ədəbiyyatının banisi Aleksandr Sergeyeviç Puşkinin (1799-1837) anadan olmasının 211-ci ildönümü ilə əlaqədar Rusiyanın Azərbaycandakı səfirliyi, Səbail Rayon İcra Hakimiyyəti «Sodrujestvo» cəmiyyətinin birgə təşkilatçılığı ilə şairin Bakıdakı abidəsi önündə mərasim keçirildi.

  

   Azərbaycanda fəaliyyət göstərən müxtəlif xalqların mədəniyyət mərkəzlərinin, tanınmış mədəniyyət incəsənət xadimlərinin iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə «Sodrujestvo» cəmiyyətinin sədri Tatyana Kərimova açaraq belə bir tədbirin keçirilməsinin Azərbaycan Rusiya arasında mədəni əlaqələrin güclənməsində böyük rolu olduğunu vurğuladı.

   Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin böyük mütəfəkkir, yazıçı-dramaturq M.F. Axundovun Puşkinin ölümünə həsr olunmuşŞərq poemasınıdan bir parça oxudu. 10 il əvvəl Bakıda Puşkinin heykəlinin uçaldıldığını deyən səfir Azərbaycanda Puşkinin yaradıcılığının yüksək qiymətləndirildiyini vurğuladı.

   Yazıçı Çingiz Abdullayev çıxışında şairlərin ölmədiyini, onların əbədi olaraq səmada qaldığını söylədi: “Çünki şairlərin şöhrəti sərhədsizdir”.

   Səbail RİH başçısının birinci müavini Xalidə Bayramova iki ölkə arasında mədəni əlaqələrdən danışaraq Puşkinin təkcə rus xalqı tərəfindən deyil, dünyanın bütün xalqları tərəfindən sevildiyini, onun bir çox əsərlərinin Azərbaycan dilinə tərcümə olunduğunu dedi.

   Tədbirdə Səbail rayon orta məktəblərinin şagirdlərinin ifasında şairin şeirləri Azərbaycan rus dillərində səsləndi.

   Bir məsələni qeyd edək ki, BMT-nin İctimai İnformasiya Departamenti təşkilatda istifadə olunan 6 rəsmi dilin (ingilis, ərəb, çin, rus, ispan fransız) təbilğ olunması məqsədiləBMT-də Dillər Günütəşəbbüsünü irəli sürüb. Puşkinin doğum günü (6 iyun) həm BMT-nin xəttilə dünyada «Rus dili günü» kimi qeyd olunur. 

 

 

   Mehparə

 

   Mədəniyyət.- 2010.- 9 iyun.- S. 15.