“Bakıxanovlar
ədəbi-mədəni, elmi
fikir tarixində” kitabı təqdim olunub
Suraxanı rayonundakı Heydər
Əliyev Mərkəzində
“Bakıxanovlar ədəbi-mədəni,
elmi fikir tarixində” kitabının
təqdimatı olub.
Bakı Musiqi Akademiyası, Bülbül
adına Orta İxtisas Musiqi Məktəbi və Suraxanı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə ictimaiyyət
nümayəndələri, ziyalılar, habelə Bakıxanovlar nəslinin nümayəndələri iştirak
ediblər.
Tədbirdə çıxış edən Suraxanı RİH başçısının müavini
Əhməd Talıbov
öncə Heydər Əliyev Mərkəzi barədə məlumat verərək burada fəaliyyət göstərən
elektron kitabxananın xidmətindən 6 min nəfərə
yaxın şagirdin istifadə etdiyini bildirib. Sonra təqdim edilən
nəşr barədə
danışan Ə.Talıbov
Azərbaycanın ictimai
və mədəni həyatında mühüm
rol oynamış Bakıxanovlar sülaləsinin
tarixi xidmətlərini
qeyd edib. Əmin olduğunu bildirib ki, Bakıxanovların ömür salnaməsinə
həsr edilmiş bu kitab geniş
oxucu kütləsi üçün hərbi,
ədəbi və mədəni fikir tariximizin öyrənilməsi
istiqamətində bələdçi
rolunu oynayacaq.
Bülbül adına
Orta İxtisas Musiqi Məktəbinin müəllimi Fəridə
Bünyadova, AMEA-nın
Nizami adına Ədəbiyyat Muzeyinin baş elmi işçisi,
filologiya elmləri namizədi Gülxar İbrahimqızı, Bakı
Musiqi Akademiyasının
professoru, bəstəkar
Telman Hacıyev və başqaları Abbasqulu ağa Bakıxanovun Azərbaycan elminə, ədəbiyyatına
verdiyi töhfələrdən,
ölkəmizin tarixindəki
xidmətlərindən danışıblar.
Bakıxanovlar nəslinin Azərbaycanın
ictimai-siyasi və mədəni həyatında
mühüm rolu qeyd edilib. Vurğulanıb ki, təkcə
XIX əsrdə bu nəslin iki nümayəndəsi - Cəfərqulu
ağa və Abdulla ağa general rütbəsinə yüksəliblər.
Bakıxanovlar sülaləsinin
parlaq nümayəndələrindən
biri - Bakı Musiqi Akademiyasının professoru, bəstəkar Tofiq Bakıxanov təmsil etdiyi nəslin Azərbaycan tarixində rolundan danışıb, yaradıcılığına,
ailəsinə verilən
yüksək qiymətə
görə minnətdarlığını
bildirib.
Mədəniyyət.-
2010.- 9 iyun.- S. 13.