Nuh peyğəmbər, dünya tufanı Naxçıvan

 

  Azərbaycanın qədim guşələrindən biri olan, mədəniyyət körpüsü sayılan Naxçıvan diyarının hərtərəfli inkişafı ilə yanaşı Naxçıvanın qədim, tarixi mədəniyyətinin təbliği məsələsinə xüsusi diqqət yetirilir. Son illər Naxçıvanla bağlı yazılan kitablar, məqalələr, internet saytlarındakı xüsusi səhifələr bölgənin ziyalılarının, alimlərinin fəallıqlarından xəbər verir.

  

   Ötən il aprelin 24-25-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun təşəbbüsü ilə Naxçıvan şəhərindəNuh peyğəmbər, dünya tufanı Naxçıvanmövzusunda beynəlxalq simpozium keçirilmişdi. Bu günlərdə Naxçıvan MR Ali Məclisi sədrinin baş məsləhətçiliyiləƏcəminəşriyyatında beynəlxalq simpoziumun materialları ayrıca kitab kimi nəşr olunub.

   Kitabda yerli əcnəbi elm adamlarının Nuhla bağlı məqalələriNuh peyğəmbər dünya tufanı”, “Nuh peyğəmbər Gəmiqaya təsvirləri”, “Dünya tufanı Naxçıvan abidələribölmələrində yer alıb. AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev məqaləsində Naxçıvanın bəşər sivilizasiyasının beşiklərindən biri kimi şöhrət tapdığını vurğulayır. Tarixi mənbələr Naxçıvan şəhərindəki Nuh türbəsi haqqındaadlı məqalədə Qazma, Kilit, Daşqala mağaralarında, Batabat yaylağında, Naxçıvan çayı vadisindəki II Kültəpə qədim yaşayış yeri yaxınlığında, Əlincə çayı vadisindəki Ərməmməd pirində ətraf ərazilərdə daş dövrü mədəniyyətinin izlərinə rast gəlindiyi qeyd olunur.

   Müəllif qeyd edir ki, Naxçıvanın tarixindən bəhs edən yunan, ərəb, fars, türk qaynaqlarında, orta əsrlər dövrünə aid salnamələrdə NaxçıvanınNuhçıxan”, “Nuhcahan”, Nuh şəhəri adlandırılması haqqında məlumatlara həddindən çox rast gəlinir: «Yer üzündə digər elə bir ərazi yoxdur ki, orada Naxçıvandakı qədər Nuh peyğəmbərin adı ilə bağlı toponimlər olsun. Belə ki, regionda Nuhdaban, Naxçıvan, Nehrəm, Nəhəcir, Nuhgədik, Nürgüt, Nəbi yurdu, Peyğəmbərayağı onlarla bu kimi yer adlarının mövcudluğu Nuh peyğəmbərin bu torpaqda yaşamasının daha bir əyani sübutudur”.

   Nəşrdə Naxçıvanın qədim tarixinə ümumi nəzər salan, bu sahədə uzun illər aparılmış araşdırmalardan bəhs edən Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəylinin, AMEA-nın Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudovun, Atatürk Mərkəzinin direktoru Nizami Cəfərovun, Türkiyədən Türk Dili Qurumunun rəhbəri Prof.Dr. Nail Tanın, Prof. Dr.Yaşar Kalafatın digər elm adamlarının məqalələri dərc olunub.

   Məqalələrdə qədim zəngin tarixi olan Naxçıvanın zəngin tarixi abidələri, eləcə muxtar respublika rəhbərliyinin danılmaz xidmətləri işıqlandırılır. Eyni zamanda, simpozium materialları illərdən bəri tarixi saxtalaşdırma yalan kampaniyasını davam etdirən məkrli ermənilərin Naxçıvana onun tarixi abidələrilə bağlı bütün iddialarının əsassızlığını bir daha önə çəkir.

   Nuh peyğəmbər, dünya tufanı NaxçıvankitabındaDünya tarixində Naxçıvan: Yer kürəsində həyatın başlandığı yer”, “Nuh peyğəmbər dünya tufanı toplusu”, “Nuhla bağlı əfsanələr həqiqətlər”, “Nuh tufanı, Naxçıvan tarixi həqiqətlər”, “Naxçıvan diyarı Nuh tufanından əvvəl sonra s. 40-dək məqalə tarixsevərlərə təqdim olunub.

  

 

   Türkanə Bəylərli,

   AMEA Naxçıvan Bölməsinin

   İnformasiya şöbəsinin əməkdaşı

 

   Mədəniyyət.- 2010.- 9 iyun.- S. 7.