Filarmoniyada yekun konserti

 

   İyunun 8-də M.Maqomayev adına Dövlət Filarmoniyasında 26 saylı Uşaq Musiqi Məktəbinin şagirdlərinin yekun konserti keçirildi. Konsert Mədəniyyət Turizm Nazirliyi Bakı şəhər Mədəniyyət Turizm İdarəsinin dəstəyi ilə gerçəkləşdi.

   Şagirdlərin ifasını Q.Qarayev adına Dövlət Kamera Orkestri (bədii rəhbər baş dirijor Xalq artisti Teymur Göyçayev) müşayiət edirdi. Qeyd edək ki, indiyədək məktəb Gəncə Şəmkirdə konsertlər, «Master Klass» dərsləri verib. İyunun 2-də Uşaqların Beynəlxalq Müdafiə Gününə həsr olunmuş konsertdə məktəbin skripkaçılar ansamblı Retro Sevilvokalçılar ansamblı uğurla çıxış edib.

   Dövlət Filarmoniyasında isə məktəbin şagirdləri ilk dəfə çıxış edirdilər. Konsertdə Validə Pirimova, Ayan Quliyeva (F.E.Bax, “Adajio”), Elxan Əhmədzadə (A.Vivaldi, Konsert Sol major), Fidan Məmmədli (İ.Berkoviç, Konsert Do Major ), Zərifə Alxasova (A.Məlikov, “Məhəbbət əfsanəsi baletindənNoktürn), Nərmin Quliyeva (A.Rouli, Konsert Sol major), Aysel Abbasova (xalq mahnısı, «Qoy gülüm gəlsin»), Esmira Məmmədova (İ.S.Bax, Konsert fa major), İlqar Yusifli (S.Rüstəmov, “Oxu tar”), Anar Yusifov (F.Kreysler, “Gözəl Razmarin), Lamiyə Əhmədova (İ.S.Bax, konsert Re minor), Xalq Çalğı Alətləri ansamblı, Çinarə Heydərova (Ə.Tağıyev, “Sənə qurban”) başqaları çıxış etdilər.

  

 

   Nuray

 

   Mədəniyyət.- 2010.- 9 iyun.- S. 3.