Mədəniyyət qardaşlıq körpüsüdür
Xəbər
verildiyi kimi, mədəniyyət və
turizm naziri Əbülfəs Qarayevin başçılıq etdiyi
nümayəndə heyəti
mayın 23-28-də Səudiyyə
Ərəbistanının Ər-Riyad
şəhərində keçirilən
“Müsəlman ölkələrinin
memarlıq irsinin mədəni və iqtisadi inkişafda rolu” adlı I Beynəlxalq Konfransda iştirak edib. Nümayəndə heyətinin
üzvü, Mədəniyyət
və Turizm Nazirliyi Mədəniyyətşünaslıq
üzrə Elmi-Metodiki
Mərkəzin Tətbiqi
sənət və sərgilər bölməsinin
rəhbəri, rəssam,
heykəltəraş Rafiq
Quliyev 70-dən çox
ölkənin təmsil
olunduğu konfrans barədə təəssüratını
bölüşüb:
- Konfrans
çox yüksək
səviyyədə təşkil
olunmuşdu. Tədbirdə Azərbaycanın nümayəndə heyətinə,
ölkəmizin milli-mədəni
dəyərlərinə, zəngin
mədəni irsinin təqdim pavilyonuna böyük maraq var idi. Ziyarətçilər nümayiş
olunan işlərlə
yaxından tanış
olur, bizi yeni sərgilər yaratmaq üçün öz ölkələrinə
dəvət edirdilər.
Bizim apardığımız materialların
hamısı unikal nümunələr idi, tamaşaçının diqqətini
dərhal cəlb edirdi. Mənim apardığım işlər qrafik işlər, həmkarım
Vüqar Məmmədovun
işləri isə ağac üzərində
oyma nümunələri
idi. Səudiyyə Ərəbistanının mədəniyyət və
turizm naziri şəxsən bizim pavilyona yanaşıb nümayəndələrlə çox
səmimi görüşdü
və bizi təbrik etdi. Bu diqqət bizim
nümayəndə heyəti
üçün çox
önəmli idi.
Onu da qeyd edim ki,
konfransda mədəniyyət
və turizm naziri Ə.Qarayev çox məzmunlu çıxış etdi.
Onun cıxışının
əsas hissəsi bizim Dağlıq Qarabağda və erməni işğalı
altındakı rayonlarda
qalmış mədəni
irs nümunələrinin
taleyi ilə bağlı idi. Nazir öz çıxışı
ilə bu problemi növbəti dəfə dünya ictimaiyyətinin, konfransda təmsil olunan ölkələrin diqqətinə
çatdırdı.
Konfransda iştirak
şəxsən mənim
özüm üçün
də uğurlu oldu. Mənim ötən il
cap olunmuş “Təsviri
sənətdə insan
dünyası” kitabım
rəğbətlə qarşılandı.
Məni Səudiyyənin universitetlərindən
birinə dərs deməyə dəvət etdilər.
Bu səfərin bizim üçün önəmli
cəhətlərindən biri
də o idi ki, biz orada olarkən
Məkkəni, müqəddəs
Kəbəni də ziyarət etmək imkanı qazandıq, Allahımıza xalqımız
üçün dualar
etdik. Sonda isə onu demək istəyirəm ki, mədəniyyətlər
xalqlar arasında anlaşma, qardaşlıq
körpüsüdür, bu
qardaşlığı isə
qorumaq lazımdır.
Ruqiyyə Arifqızı,
sənətşünas
Mədəniyyət.- 2010.-
11 iyun.- S. 8 .