İstanbul reysifilminin təqdimatı keçirildi

 

    İyunun 10-da Heydər Əliyev Sarayında C.Cabbarlı adınaAzərbaycanfilmkinostudiyasının istehsalı olanİstanbul reysifilminin təqdimatı keçirildi.

 

 Təqdimat mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev son illərdə milli kinonun inkişafı, bu sahəyə göstərilən dövlət qayğısından danışdı. Ölkə prezidentinin bu sahəyə xüsusi önəm verdiyini vurğulayan nazir yeni filmin təqdimatını Azərbaycanın mədəniyyət həyatında əlamətdar hadisə kimi qiymətləndirdi. Ə.Qarayev dövlət sifarişi ilə istehsal olunan “İstanbul reysi” filminin ərsəyə gəlməsində yaradıcı heyətin işini yüksək qiymətləndirdi. Nazir gələcəkdə də yeni-yeni filmlərin çəkiləcəyinə, həmin filmlərdə ölkəmizdə baş verən hadisələrin, Azərbaycanın tarixinin, bugününün yüksək bədii səviyyədə əks olunacağına əminliyini bildirdi, yaradıcı heyətə gələcək fəaliyyətlərində uğurlar arzuladı.

   "İstanbul reysi" filminin rejissoru Eldar Quliyev çıxışında Azərbaycanda kino sahəsinin inkişafında yeni mərhələnin başlandığını qeyd etdi. Rejissor filmin yaradıcı heyətinin üzvlərini tamaşaçılara təqdim etdi, filmə qiymət verilməsinin isə tamaşaçıların öhdəsinə düşdüyünü vurğuladı.

   Xalq artisti Yaşar Nuri filmin Eldar Quliyevlə üçüncü işi olduğunu dedi. Bu filmə dəvət alanda səhhətində problemlər olduğunu, Türkiyədə müalicə kursu keçdiyini deyən aktyor «Eldar mənə dedi ki, sən qayıdana kimi gözləyəcəyəm və gözlədi də. Buna görə ona çox təşəkkür edirəm”. Sonra o, filmlə bağlı fikirlərini tamaşaçılarla bölüşdü.

   Çıxışlardan sonra filmin təqdimatı oldu. Qeyd edək ki, filmin quruluşçu rejissoru Eldar Quliyev, ssenari müəllifləri Eldar Quliyev Ramiz Fətəliyev, quruluşçu operatoru Kənan Məmmədov, quruluşçu rəssamları Rafiz İsmayılov, Rafiq Nəsirov, icraçı prodüsseri Vladimir Dudniçenko, bəstəkarı Müslüm Maqomayevdir. Təsadüfi görüş nəticəsində iki insan arasında yaranan münasibətlərdən bəhs edən filmdə aktyorlar Elşən Rüstəmov, İlhamə Bədəlova, Yaşar Nuri, Ramiz Məlik, Gülşad Baxşıyeva, Qurban İsmayılov, Elçin İmanov, Eldəniz Rəsulov, Ömür Nağıyev, Elxan Quliyev, Loğman Kərimov başqaları çəkiliblər.

  

 

   Ceyhun

 

   Mədəniyyət.- 2010.- 11 iyun.- S. 2.