Təxəllüsü Mixaylonövbəti mükafat aldı

 

    Salnaməsənədli filmlər studiyası tərəfindən istehsal olunan rejissor Tahir ƏliyevinTəxəllüsü Mixaylosənədli filmi bu günlərdə Sloveniyada nümayiş etdirilib.

  

   2008-ci ildə istehsal olunmuş filmin ssenari müəllifi İntiqam Qasımzadədir. Avropanın bir neçə ölkəsində çəkilmiş film əfsanəvi partizan Mehdi Hüseynzadəyə həsr olunub. Film indiyədək «Qızıl cəngavər”, “Avroasiya”, “İnsan müharibə”, “12-ci Beynəlxalq kinoforumda iştirak edərək mükafatlara layiq görülüb, bu il MoskvanınStrana tvkanalı tərəfindən nümayiş üçün alınıb.

   Böyük hissəsi Sloveniya İtaliya ərazisində çəkilmiş filmdə M.Hüseynzadənin cəbhə yoldaşları, silahdaşları, həttaUzaq sahillərdəfilminin bəzi prototipləri iştirak ediblər. Filmin ərsəyə gəlməsində böyük köməyi olan insanlardan biri Azərbaycanın Sloveniyadakı müvəqqəti işlər vəkili filmin məsləhətçisi Gəray Muradovdur. Bu barədə rejissor da öz fikrini bildirdi: “Mən onun işini yüksək qiymətləndirirəm. Bu filmin çəkilməsində, materialların tapılmasında, ərazilərin seçilməsində birinci növbədə böyük köməyi olan insan G.Muradovdur. İki ay öncə filmin Sloveniyada nümayişi təklifi onun tərəfindən irəli sürülüb. Film Novoqoritsa Şempas şəhərlərində nümayiş olundu. Nümayişdə Sloveniyanın parlament nümayəndələri, diplomatik korpus, hökumət nümayəndələri iştirak edirdi. Novoqoritsanın meri Mirko Bruz bu filmə görə mənə şəhərin fəxri mükafatını təqdim etdi”.

   Rus ingilis dillərinə tərcümə edilmiş film Perm (Rusiya) şəhərində nümayiş olunacaq.

 

 

   Yeganə

 

   Mədəniyyət.- 2010.- 11 iyun.- S. 2.