Bakıda beynəlxalq simpozium keçirilib

 

   İyunun 10-da BakıdaYunus Əmrədən Füzuliyə insan sevgisiadlı beynəlxalq simpozium keçirilib. Tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarı önünə gül dəstələri qoyaraq, xatirəsini ehtiramla yad ediblər. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üstünə güllər düzülüb. Simpoziumun iştirakçıları Şəhidlər xiyabanını, buradakı türk şəhidlərinin xatirə kompleksini ziyarət ediblər.

  

   Dünya Gənc Türk Yazarlar Birliyi, Azərbaycan Gəncliyə Yardım Fondu, Azərbaycanda Atatürk Mərkəzi, Türkiyə Respublikasının Türk Əməkdaşlıq İnkişaf Dairəsinin (TİKA) birgə təşkil etdikləri tədbiri AMEA-nın müxbir üzvü, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov açıb, türk dünyasının iki dahi sənətkarına həsr olunmuş simpoziumun məqsədləri, əhəmiyyəti haqqında danışıb.

   Akademik Vasim Məmmədəliyev, Milli Məclisin deputatı Qənirə Paşayeva, Mədəniyyət Turizm Nazirliyinin sektor müdiri Tehran Vəliyev, Türkiyənin ölkəmizdəki səfirliyinin əməkdaşı Nihat Civaner başqaları tarix boyu həyat tərzi, dini inancları, mədəni dəyərləri, elmi nailiyyətləri, yetişdirdiyi dahi şəxsiyyətləri ilə öyünən türk dünyasının tanınmış simalarından olan Yunus Əmrə Məhəmməd Füzulinin xidmətlərindən danışıblar. Qeyd olunub ki, yaşadıqları dövrün mürəkkəb ictimai-siyasi proseslərinə, ziddiyyətlərinə baxmayaraq, türk poeziyasının zirvəsi sayılan hər iki dahi söz xiridarı türk dilini, ana dilini yaşatmış, onu yüksəklərə qaldırmışlar.

   Simpoziumda iki ölkənin tanınmış alimləriMəhəmməd FüzulininSuqəsidəsində sevgi”, “Yunus Əmrə Məhəmməd Füzulini qovuşduran könül dünyası”, “Yunus Əmrə XV-XVI əsrlərdə Azərbaycan əlyazmaları”, “Yunus Əmrənin söz dünyası”, “Eşqin şeirin sultanları s. mövzularda məruzələrlə çıxış ediblər. Təqdim olunan məruzələrin xarici dillərə tərcümə olunacağı nəşr ediləcəyi bildirilib.

 

 

  Mədəniyyət.- 2010.- 11 iyun.- S. 6.