Beş
teatr, on tamaşa, bir məkan...
Qax şəhərində II Respublika
Kukla Teatrları Həftəsinə start verildi
İyunun 17-də Qax şəhərində
II Respublika Kukla Teatrları Həftəsi başlandı. Mədəniyyət
və Turizm Nazirliyinin təşkilatçılığı
ilə keçirilən
bu sənət bayramına Azərbaycan Dövlət Kukla Teatrı (Bakı), Naxçıvan, Gəncə,
Salyan və Qax dövlət kukla teatrlarının hər biri iki
tamaşa ilə qatılıb.
Açılış günü festival iştirakçıları şəhərdə
ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etdilər, abidənin önünə tər gül-çiçək dəstələri
qoydular. Sonra Qax
Dövlət Kukla Teatrının həyətində
festivalın təntənəli
açılışı oldu. Yerli musiqiçilər qonaqları şux mahnılarla qarşıladılar.
Rayon İcra Hakimiyyətinin
başçısı Musa Şəkiliyev iştirakçıları
salamlayaraq belə bir tədbirin Qax şəhərində
keçirilməsindən məmnunluğunu
bildirdi. Qeyd etdi ki, ölkədəki
sosial-iqtsadi inkişaf
fonunda mədəni həyat daha da canlanır, respublika və beynəlxalq miqyaslı festivallar, bayramlar paytaxtdan bölgələrə
daşınır. Ölkədəki
27 dövlət teatrından
5-nin kukla teatrı olduğunu vurğulayan M.Şəkiliyev kukla teatrlarının fəaliyyətinə
belə bir diqqətin çox önəmli olduğunu söylədi.
Sonra Mədəniyyət
və Turizm Nazirliyinin İncəsənət
şöbəsinin müdiri
Fərəh Əliyeva,
Mədəniyyət və
İncəsənət Universitetinin
professoru Məryəm
Əlizadə Kukla Teatrları Həftəsinin
vacibliyindən, müxtəlif
teatrlarda çalışan
insanların bir-biri ilə təcrübə və fikir mübadiləsinin
əhəmiyyətindən danışdılar.
Musiqi və atəşfəşanlıqla müşayiət
olunan açılış
mərasimi teatr salonunda davam etdi. Həftənin ilk günü ev sahibləri səhnəyə
çıxdılar. Qax
Dövlət Kukla Teatrı «Turp» rus xalq nağılının
əsasında hazırlanmış
çox maraqlı bir tamaşanı teatrsevərlərə təqdim
etdi. Hər kəsin bildiyi bu nağıl tamam başqa tərzdə, alışdığımız
standartlardan fərqli bir estetikada təqdim edildiyindən çox maraqlı idi. Tamaşanın sonluğu təkcə balaca tamaşaçıları
deyil, böyükləri
də təsirləndirdi.
Bu gün (18 iyun)
I Respublika Kukla Teatrları Həftəsinə
ev sahibliyi etmiş gəncəlilər
şirma arxasına keçərək öz məharətlərini göstərəcəklər.
Onlar «Şəngülüm,
Şüngülüm, Məngülüm»
xalq nağılı əsasında hazırlanmış
tamaşanı, bir də Rafiq Səməndərin
«Çətin tamaşa»
pyesini oynayacaqlar.
Gülcahan
Mirməmməd,
Qax
Mədəniyyət.-
2010.- 18 iyun.- S. 2.