Milli Kitabxananın elektron bazası zənginləşdirilir

 

   M.F.Axundov adına Milli Kitabxananın elektron kataloq bazasına 2005-ci ildən bəri 121 000 biblioqrafik material daxil edilib. Milli Kitabxananın elektron resursların yaradılması şöbəsi iki istiqamətdə həyata keçirir: birinci, kitabxanaya daxil olan yeni materiallar, ikincisi, oxucular tərəfindən daha çox tələb olunan ədəbiyyat siyahısı əsasında. 2010-cu ilin iyuluna qədər kitabxananın mövcud elektron kataloq bazasına 3732 nüsxə Azərbaycan və rus dillərində biblioqrafik material əlavə olunub.

 

 

   Mədəniyyət.- 2010.- 18 iyun.- S. 2.