Baba
Vəziroğlunun yaradıcılıq gecəsi
İyunun 23-də Dövlət
Filarmoniyasının yay zalında Əməkdar
incəsənət xadimi, şair
Baba Vəziroğlunun “Məndən bir də olmayacaq” adlı
yaradıcılıq gecəsi keçirildi.
Gecədə çıxış
edən Baba Vəziroğlu qonaqlara təşəkkürünü
bildirdi: “Bu qədər insanın bu tədbirə gəlməsi
məni çox xoşbəxt edir. Bu o deməkdir ki, bu illər
ərzində çəkdiyim əziyyət boşa getməyib.
Müəllifi olduğum hər bir şeirimlə insanlara
gözəl hisslər aşılamağa
çalışmışam. Xoşbəxtəm ki, bu gün
çoxsaylı sənət dostlarım buraya
toplaşıblar”. Xatırladaq ki, Baba Vəziroğlunun
şeirlərinə çoxsaylı mahnılar bəstələnib.
"Həsən Seyidbəyli", "Yeri boş qalan adam" (Rəşid Behbudov), "Sənsiz və ya ömrün son axşamı" (Həsən Turabov), "Haradan başlanır vətən", "Elegiya" (Zərifə Əliyeva), "Beş nəğməlik ömür" (Oqtay Kazımov) və başqa sənədli filmlərin ssenari müəllifidir. Respublikanın Əməkdar incəsənət xadimidir.
Gecədə çıxış edən millət vəkili Fəttah Heydərov tədbirin mədəniyyət bayramı olduğunu vurğuladı və Baba Vəziroğlu yaradıcılığından söz açdı. O bildirdi ki, Baba Vəziroğlunun şeirlərində böyük məhəbbət hissi aşılanır: “Bu məhəbbət həm anaya, həm qadına, həm də Vətənədir. Onun geniş oxucu auditoriyası vardır. Baba Vəziroğluna daha böyük yaradıcılıq uğurları arzulayıram”.
Çıxışlardan sonra gecə musiqili proqramla davam etdi. Xalq artistləri Mübariz Tağıyev, Flora Kərimova,
əməkdar artistlər
Tünzalə Ağayeva,
Ədalət Şükürov,
müğənnilər Aysel
Teymurzadə, Lalə Məmmədova, Zamiq, Elnur, Elnarə Abdullayeva, Səməd Səmədov, Yalçın
Rzazadə və başqaları Baba Vəziroğlunun
şeirlərinə bəstələnmiş
mahnıları ifa etdilər. Tədbirdə Novruz Aslan, Faiq
Sücəddinov və
başqaları çıxış
edərək səbəbkarı
təbrik etdilər. Şairin yaradıcılıq gecəsində
çoxsaylı mədəniyyət
və incəsənət
xadimləri iştirak
edirdi.
Nuray
Mədəniyyət.-
2010.- 25 iyun.- S. 4.