Kinoda yaşanan ömür

 

   XX əsrin əvvəllərində Azərbaycanda kino sənəti yeni təşəkkül tapanda kinooperator sənətinə yerli kadrlardan meyil göstərən yox idi. Hətta böyük dramaturq Cəfər Cabbarlı çıxışlarının birində 1930-cu ilədək kinostudiyada bircə nəfər də operator sənətinə yiyələnmiş milli kadrın yetişmədiyini ürək ağrısı ilə qeyd etmişdi.

  

   Yalnız 1930-cu illərdə bu sahədə dönüş yaranmağa başladı. Kino sənətinə müstəqil yiyələnənlər də oldu, MoskvaLeninqradda bu peşə üzrə ali təhsil alanlar da. Onların arasında Camal İsmixanov, Mirzə Mustafayev, Muxtar Dadaşov, Seyfulla Bədəlov, Əlibala Ələkbərov, Əlisəttar Atakişiyev, Əsgər İsmayılov var idi. Sonrakı illərdə bu sənətə dərindən yiyələnmiş operatorlardan Teyyub Axundov, Xan Babayev, Cavanşir Məmmədov, Rasim Ocaqov, Rasim İsmayılov, Zaur Məhərrəmov, Valeri Kərimov, Kənan Məmmədov kimi istedadlı sənətkarlar fəaliyyət göstərməyə başladılar.

   Valeri Kərimov C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasına gəlməmişdən əvvəl istehsalatda çalışmış, “Bakıtuneltikinti” idarəsində fəhlə işləsmişdi. Fotoqrafiya ilə məşğul olduğu üçün bir qədər sonra yerini dəyişərək kinostudiyaya gəlmişdi. Burada işıqçı işləyən gənc oğlan kinostudiyanın qaynar həyatına tez alışır, rəhbərlik onun işgüzar olduğunu görüb xronika şöbəsinə keçirir, Valeriyə operator assistenti vəzifəsi tapşırılır. İşgüzarlığı, əməksevərliyi onun quruluşçu operator kimi ixtisaslaşmasında əhəmiyyətli rol oynayır. V.Kərimov bu sahədə ali təhsil almaq, peşəkar kinooperator olmaq istəyirdi. Bu istəklə 60-cı illərin sonunda Moskvaya gedir, Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda kinooperatorluq fakültəsində təhsil alır.

   Bakıya, doğma kinostudiyaya qayıtıqdan sonra gənc operatorun ilk böyük işi “Çarvadarların izi ilə” bədii televiziya filmi oldu. Film yazıçı və dramaturq İlyas Əfəndiyevin məşhur “Körpüsalanlar” romanının motivləri əsasında 1974-cü ildə lentə alınmışdı. Çarvadarlar qədimdə keçilməmiş yerlərdən, təhlükəli cığırlardan yol salıb, yerli sənətkarların hazırladıqları malları uzaq ölkələrə aparan cəsur oğullara deyirdilər. Filmin adı da buradan götürülmüşdü. Əsərin qəhrəmanları ulu babalarının açdıqları cığırla gedərək yollar çəkən inşaatçılardır. Filmdə mövzu ilə bağlı çox maraqlı və gözoxşayan mənzərələr var. Operator həmin mənzərələri sevərək lentə almış, Azərbaycanın təbiətini, zəhmət adamlarını tamaşaçılara sevdirə bilmişdi.

   Həmin il ValeriÖmrün səhifələri” kinoalmanaxında iki novellanı çəkməyə dəvət alır. “Baladadaşın ilk məhəbbəti” novellasında rejissor F.Əliyevlə, “Nəğmə dərsi”ndə isə rejissor G.Əzimzadə ilə işləyir. Birinci filmdə ilk məhəbbətin təmiz və ülviliyindən söhbət açılır, ikinci filmdə isə şəxsi həyatı uğursuz qurulan gənc fəhlənin balaca oğlu ilə gizli görüş və söhbətlərindən danışılır. Göründüyü kimi, hər iki filmdə gənc qəhrəmanların keçirdikləri hiss və həyəcanlar, onların hadisələrlə bağlı psixoloji vəziyyətləri ön plana çıxarılıb.

   V.Kərimovun çəkdiyi filmlər müxtəlif janr və mövzudadır. Alma almaya bənzər”, “Yuxu” kinokomediyalarını, lirik-macəra janrında olanDe ki, məni sevirsən”, “Qaladan tapılan mücrüekran əsərlərini, detektiv janrda çəkilmiş “Arxadan vurulan zərbə” filmini, “Qızıl uçurum” melodramını, “Qorxma, mən səninləyəm”, “Yarımçıq qalmış mahnı” musiqili filmlərini, “Ailə” sosial-dramını, müharibə mövzusunda çəkilmiş “Sizi dünyalar qədər sevirdim”, müasir mövzuda olanBir ailəlik bağ evi”, “İlıq dənizdə buz parçası”, “Ötən ilin son gecəsi”, “Avqust gələndə”, “Yay gününün xəzan yarpaqları”, “Sürəyya” və s. filmləri misal göstərmək olar.

   “Qızıl uçurum” filminə V.Kərimov operator həmkarı Kənan Məmmədovla birgə quruluş verib. Filmdəki əhvalatlar XX əsrin əvvəlində baş verir. O dövrün həyatını ekranda canlandırmaq üçün həm filmin rəssamı, həm də operator kino texnikasının müxtəlif vasitələrindən istifadə ediblər. Burada biz rəssamla operatorların qarşılıqlı əlaqəsini və birgə yaradıcılıq fəaliyyətinin nəticəsini görürük. İki müxtəlif başlanğıcın-təsvirin ifadə vasitələri ilə psixologiyanın sintezini görürük.

   Bir ailəlik bağ evi” filmindəki hadisələr əvvəldən axıra kimi sakit intonasiyada təsvir olunur. Operator V.Kərimovun kamerası tələsmədən əvvəlcə filmin baş qəhrəmanı Eldarın evində, sonra dəniz sahilindəki bağ evində cərəyan edən hadisələri lentə köçürür, valideynlərlə övladlar arasında yaranmış problemləri tamaşaçılara çatdırmağa çalışır.

   Rejissorlar V.Kərimovla birgə işləməkdən razılıq edirdilər. Filmin çəkilişində əsas tənzimləyici sima rejissordur. Bununla belə, onun operatorla birgə işi, fikir birliyinin vacibliyi əsas şərtlərdəndir. Çünki tamaşaçı ekranda baş verən hadisələri operatorun gözü ilə görür. Ona görə də rejissor operatora inanmalı, ona etibar etməlidir. V.Kərimovla işləyən rejissorlar da ona etibar edir, inanırdılar. V.Kərimov 36 il Azərbaycan kinosunun inkişafına xidmət edib.

   Musiqili film çəkmək çox çətindir. Çünki belə filmlərdə bir sıra musiqi parçaları, mahnılar səslənir. Əvvəlcədən fonoqrama yazılmış bu mahnıları hadisələrin gedişi prosesində aktyorların ifasında səsləndirmək heç asan məsələ deyil. Bunun üçün yaradıcı qrupun, ələlxüsus operatorun üzərinə böyük məsuliyyət düşür.

   Qorxma, mən səninləyəmfilminə baxarkən bunun demək olduğunu bir daha yəqin edəcəksiniz. Burada gözəl musiqi var, sərgüzəştlər, gözlənilməz, qeyri-adi hadisələr . Hadisələri dinamik inkişaf edən filmin ritmi hər kadrda görünür. Bütün bunları bacarıqla, zövqlə lentə alan operator V.Kərimov ekranda Azərbaycanın füsünkar təbiətini, onun mənzərəli dağlarını vadilərini sevə-sevə təcəssüm etdirib.

   V.Kərimovun operator olduğu daha bir filmi xatırlamaq yerinə düşərdi. Bu, rejissor R.İsmayılovun çəkdiyiSizi dünyalar qədər sevirdimbədii filmidir. Film Azərbaycan xalqının rəşadətli oğlu, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun həyat döyüş bioqrafiyasından söhbət açır. Ekran əsərində Həzi Aslanovun onun Volqa çayının sahillərindən Pribaltika (Baltikyanı) cəbhəsinədək döyüş yolu keçmiş igid tankçılarının hünəri inandırıcı kadrlarla canlandırılıb. Filmin çəkilişlərinə çoxlu əsgər hərbi texnika cəlb olunmuşdu. Qeyd edək ki, biz həmin ekran əsərinədək müharibə mövzusunda çəkilən filmlərimizdə bu cür miqyaslı döyüş səhnələrinə rast gəlməmişdik.

   Film Stalinqrad altında tank döyüşü ilə başlayır. Əlbəttə, belə batal səhnələrini çəkmək çətindir. Kinostudiyamızın bu sahədə təcrübəsi çox olmasa da, baş operator Valeri Kərimov öz köməkçiləri ilə birgə işin öhdəsindən bacarıqla gəlib. Onun kamerası döyüş səhnələrindən başqa insan qəlbinin hərarətini, mən deyərdim ki, döyüntülərini tamaşaçıya çatdırmağa müvəffəq olub, döyüşlərin getdiyi ərazinin təbiətinin gözəlliyini göstərə bilib. Film bütövlükdə Azərbaycan kinematoqrafiyasının uğuru kimi qiymətləndirilmiş, filmə ümumittifaq baxışı keçirilmişdi.

   Sovet İttifaqı Qəhrəmanı Adil QuliyevBütün həyatı döyüşdürməqaləsində film barədə yazıb: “Filmin yaradıcıları Belarusiyada, qarlı çöllərdə, çoxsaylı hərbi texnika ilə mürəkkəb çəkilişlər aparmışlar. Demək istəyirəm ki, heç bir kadrda bunlar butaforiya kimi görünməmişdir. Döyüş səhnələri Valeri Kərimov tərəfindən yaxşı çəkilmişdir. O, ekranda döyüşün ab-havasını, bunun detallarını verə bilmişdir...” («Bakinski raboçi» qəzeti, 25 fevral 1986-cı il).

   V.Kərimov son vaxtlar kinoda özünü yeni sahədə - rejissorluqda sınamaq istəyirdi. 1989-cu ildə bu istəyinə nail oldu. “Debütstudiyasında yazıçı Ə.Əylislinin ssenarisi üzrəHəmyerliadlı qısametrajlı bədii filmə quruluş verdi. Bu dünyada öz yerini necə axtarıb tapmalı, qəlbinin səsini necə eşitməli? Film tamaşaçını bu suallar ətrafında düşünməyə çağırır.

   V.Kərimov 1998-ci ildəAiləfilmini çəkərkən qəflətən vəfat etdi. O, 53 yaşında həyatdan getdi. Amansız ölüm onu aramızdan aparmasaydı, bu gün biz kinorejissor V.Kərimovun yeni filmlərinə baxa biləcəkdik...

   V.Kərimov peşə fəaliyyəti ilə yanaşı, kino sahəsində təşkilatı işlərdə yaxından iştirak edirdi. Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi kimi işinə vicdanla yanaşır, kinomuzun inkişafı naminə hər iki cəbhədə-yaradıcılıq sahəsində ictimai işlərdə həvəslə çalışırdı. Çünki o, kino adamı idi, kinonun vurğunu idi. 1996-cı ildə görkəmli sənətkar R.İbrahimbəyovun təşəbbüsü ilə Bakıda BeynəlxalqFestivallar festivalıkino mərasimi təsis olunanda bu möhtəşəm tədbirin keçirilməsi üçün böyük vəsait tələb olundu. Valerinin apardığı danışıqlar nəticəsindəFilipp Morisşirkəti festivalın baş sponsorluğunu öz öhdəsinə götürdü. Şirkət sonrakı illərdə II, III IV festivallara sponsorluq etdi.

   Kərimovlar ailəsini kinematoqrafçılar ailəsi adlandırırdılar. Valerinin kiçik qardaşı Tofiq 30 ildən artıq kinostudiyada fotoqraf-rəssam kimi 40-dan artıq filmdə işləyib. Valerinin həyat yoldaşı Tatyana xanım kinostudiyada səs operatoru vəzifəsində çalışır. Yeganə oğlu Teymur Mədəniyyət İncəsənət Universitetini kinoşünaslıq ixtisası üzrə bitirsə , anasının peşəsinə yiyələnib, səs operatoru kimiHəqiqət anı”, “Qraf Krestovskiçoxseriyalı televiziya bədii s. filmlərdə çalışıb.

   65 yaşını onsuz qeyd etdiyimiz kinooperator kinorejissor, Əməkdar incəsənət xadimi Valeri Kərimovun yeri kinomuzda görünür. Çünki o, sənət aləminə öz imzasını həkk etmiş sənətkarlarımızdandır.

  

 

   Aydın Kazımzadə,

   Əməkdar incəsənət xadimi

 

   Mədəniyyət.- 2010.- 30 iyun.- S. 10.