İpək yolu” I Beynəlxalq Musiqi Festivalı davam edir

 

   Bəstəkarlar İttifaqı Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı, Mədəniyyət Turizm Nazirliyinin dəstəyi ilə Şəki şəhərindəİpək yolu” I Beynəlxalq Musiqi Festivalı davam edir.

 

 İyunun 27-də açılan musiqi bayramında Şəki əhalisi buraya təşrif buyurmuş qonaqlar Koreya Respublikasının folklor kollektivinin, “Sarı gəlinNorveç-Azərbaycan ansamblının, Qara Qarayev adına Kamera Orkestrinin, Bəstəkarlar İttifaqının simli kvartetinin, “Azərbaycan Televiziya Radio VerilişləriQapalı Səhmdar Cəmiyyətinin xor kollektivi simfonik orkestrinin, yerli Bakıdan gəlmiş musiqi kollektivlərinin, habelə Azərbaycan Dövlət Opera Balet Teatrının konsert tamaşalarını izləmək imkanı əldə edəcəklər.   

 

    Festivalın gündəliyinə uyğun olaraq, iyunun 27-də Şəki xanlarının sarayının həyətində Q.Qarayev adına kamera orkestrinin konserti olub. Xalq artisti Teymur Göyçayevin dirijorluğu ilə keçən konsert Üzeyir HacıbəylininArazbarısimfonik muğamı ilə açılıb. Konsertdə, həmçinin, Motsart, Qara Qarayev, Pyotr Çaykovski, Aqşin Əlizadə, Zakir Bağırov, Süleyman Ələsgərov, Fikrət Əmirov digər bəstəkarların əsərləri səsləndirilib. Konsert tamaşaçılar tərəfindən böyük alqışlarla qarşılanıb. Şəki Şəhər İcra Hakimiyyəti başçısının 1-ci müavini Həsən Həsənov şəkililər adından kamera orkestrinin kollektivinə təşəkkür edib, kollektivə İcra Hakimiyyətinin fəxri fərmanı xatirə hədiyyəsi təqdim olunub.

   Festivalın ikinci günü Kiş kəndindəki qədim alban məbədinin həyətində Bəstəkarlar İttifaqınınOazissimli kvartetinin təqdimatı konserti olub. Məlumat verilib ki, simli kvartet bu il Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadənin təşəbbüsü ilə yaradılıb. İpək yolu” I Beynəlxalq musiqi festivalındakı konserti kollektivin ilk çıxışı olub. Proqrama MotsartınKiçik gecəserenadası, Firəngiz ƏlizadəninOazis”, Qara QarayevinKvartet”, Ejen İzelinBallada”- solo violino üçün, Arnold Şönberqin “Andante”, Dmitri ŞostakoviçinYumoreskaəsərləri daxil idi.

   Festival iştirakçıları, həmçinin, ŞəkiSənətkarlar evi”ndə yerli sənətkarların əl işləri ilə tanış olublar. Festival daha sonra qədim tarix-memarlıq abidəsi olanYuxarı Karvansaramehmanxana kompleksinin həyətində davam etdirilib. Tamaşaçılar əvvəlcə Şəki 3 nömrəli uşaq musiqi məktəbininQönçəansamblının çıxışını izləyiblər. Sonra Koreya RespublikasınınSamuinorifolklor ansamblının üzvləri öz məharətlərini göstəriblər. Ansambl bu ölkənin ən tanınmış folklor kollektivlərindən biri hesab olunur. Sa-mooi-no-r (Koreya dilində) 4 ənənəvi Koreya alətindən ibarətdir: kiçik qonq, böyük qonq, qum saatına bənzər zərb aləti zərb aləti. Alətlərdən hər biri sanki müxtəlif hava şəraitini - yağışı, ildırımı, küləyi buludu təsvir edir. Bütün bunlar ənənəvi Koreya musiqi mədəniyyəti əlamətlərinin göstəricisidir. Folklor ansamblının çıxışı musiqisevərlər tərəfindən hərarətli alqışlarla qarşılanıb.

  İpək yolu” I Beynəlxalq Musiqi Festivalının üçüncü günüSarı gəlinNorveç-Azərbaycan ansamblının konserti ilə yaddaqalan olub. Kiş kəndindəki qədim alban məbədinin həyətində keçirilən konsertə şəhər rəhbərliyi, ictimaiyyətin nümayəndələri, yerli musiqisevərlər, habelə festival iştirakçıları baxıblar.

 

 

   Mədəniyyət.- 2010.- 30 iyun.- S. 8.