Milli teatrımızın
137 yaşı qeyd edildi
Martın 10-da Teart Xadimləri İttifaqında
Azərbaycan peşəkar
teatrının yaranmasının
137-ci ildönümünə həsr olunmuş tədbir keçirildi. Mərasimdə Mədəniyyət
və Turizm nazirinin müavini Ədalət Vəliyev, Teatr Xadimləri İttifaqının sədri
Azər Paşa Nemət, Xalq artistləri Amaliya Pənahova, Afaq Bəşirqızı, Şəfiqə
Məmmədova, Rafiq Əzimov, Yaşar Nuri, Vaqif İbrahimoğlu,
Məleykə Əsədova
və başqa aktyor və rejissorlar iştirak edirdilər.
Tədbirdə açılış nitqi
ilə çıxış
edən Azər Paşa Nemət, son bir ildə dünyalarını
dəyişmiş həmkarlarının
xatirəsinin sayğı
duruşu ilə yad edilməsini xahiş etdi. Ardınca
il ərzində yubileyi olan sənətkarlara
təbrik ünvanladı,
mədəniyyət və
turizm sahəsinə xüsusi diqqət və qayğılarına
görə Mədəniyyət
və Turizm Nazirliyinə təşəkkürünü
bildirdi: “Minillik tarixi olan teatrımızın
peşəkar tarixi
137 ildir. Teatr Xadimləri İttifaqı
isə 113 ildir fəaliyyət göstərir.
Qurum fəaliyyətinə
Artistlər İttifaqı
adı altında start verib. Bu
gün teatrımız
inkişafdadır. Keçən
ilin noyabrında respublika Prezidenti cənab İlham Əliyevin 2009-2019-cu illərdə
Azərbaycan teatrının
inkişafı ilə
bağlı imzaladığı
sərəncam bu sahənin tərəqqisinə
stimul verdi. Bundan başqa, Mədəniyyət və
Turizm Nazirliyinin dəstəyi nəticəsində
Milli Teatr Festivalı keçirilir. Ümumiyyətlə, bu ilin noyabr-dekabr aylarında Bakıda Çexov festivalı keçiriləcək. Son
illər teatr sahəsində baş verən bütün bu proseslər teatrımızın gələcəyinin
daha parlaq olasağından xəbər
verir”.
Teatra göstərilən
dövlət qayğısından
Mədəniyyət və
Turizm nazirini müavini Ədalət Vəliyev də söz açdı: “Azərbaycan teatrının
eniş-yoxuşu hamımızın
gözü qarşısında
baş verib. Amma son illərdəki
uğurlar bizi sevindirir. Teatrlarımız
özlərinin sərbəst
və azad dövrünü yaşayır.
Bəzi şəxslər
bəzən teatrşünaslarımızın
belə öz çiyinlərinə götürə
bilmədiyi məsələlərdən
danışır, proqnozlar
verirlər. Teatrımız
yeni inkişaf istiqamətindədir. Teatr
binaları təmir olunur, səhnəüstü
və səhnəaltı
qurğular yenilənir.
Bu təmir respublika Prezidenti cənab İlham Əliyevin sərəncamına
uyğun olaraq növbəli şəkildə
aparılır. Dövlət
Kukla Teatrı, Dövlət Rus Dram Teatrı, Dövlət Gənc Tamaşaçılar Teatrı
artıq təmir olunaraq istifadəyə verilib. Hazırda bu proses Akademik Milli Dram Teatrında gedir. Növbə Akademik Opera və
Balet Teatrınındır.
Dörd qaçqın
teatrımız - İrəvan
Dövlət Azərbaycan
Dram Teatrı,
Bundan başqa, son illər teatrlarımızın qastrol
siyasəti genişlənib. Bütün bunlarla
yanaşı, teatrımızda
dramaturgiya və rejissura ilə bağlı problemlər mövcuddur. Mədəniyyət və Turizm Nazirliyi bu problemi
aradan qaldırmaq üçün ən yaxşı dram əsərləri
müsabiqəsi keçirir.
Bütün bu gördüyümüz
işlər, inanıram
ki, gələcəkdə
öz bəhrəsini
verəcək”.
Nazir müavini
sonda Mədəniyyət
və Turizm naziri Əbülfəs Qarayevin imzaladığı
fəxri fərmanları
və pul mükafatlarını aşağıdakı
teatr xadimlərinə
təqdim etdi:
1. İnqilab Kərimov
(teatrşünas)
2. Cənnət Səlimova
(Gənc Tamaşaçılar
Teatrı)
3. Afaq Bəşirqızı
(Musiqili Komediya Teatrı)
4. Yaşar Nuri (Akademik Milli Dram Teatrı)
5. Vaqif İbrahimoğlu
(“Yuğ” Teatrı)
6. Tamilla Abdullayeva
(İrəvan Dövlət
Azərbaycan Dram Teatrı)
7. İranə Tağızadə
(Dövlət Rus Dram Teatrı)
8. Nigar İbrahimova
(Akademik Opera və Balet Teatrı)
9. Elşad Rəhimzadə
(Dövlət Kukla Teatrı)
10. İqrar Salmanov
(
Mükafatlandırmanın ardınca teatrımıza
həsr olunmuş elmi konfrans keçirildi,
teatrşünas Məryəm
Əlizadə teatr tarixinə dair məruzə etdi. Konfrans Mədəniyyət və
İncəsənət Universitetinin
bakalavr və magistr pilləsində təhsil alan gənc teatrşünaslar
Aygün Süleymanova,
Könül Əliyeva,
Elçin Cəfərovun
oxuduqları resenziyaların
Xalq artistləri Azər Paşa Nemət, Afaq Bəşirqızı, Vaqif
İbrahimoğlu, Amaliya
Pənahova tərəfindən
müzakirələri ilə
sona çatdı.
İntiqam
Mədəniyyət.- 2010.- 12 mart.- S. 7.