Qərbi Azərbaycan ərazilərində yer adlarının soyqırımı
Çar Rusiyasının arxivləri,
İran və Osmanlı mənbələri,
Qərb diplomatlarının
hesabatları, müxtəlif
alim və səyyahların əsərləri,
həmçinin o zamankı
və sonrakı bir çox erməni müəllif və mənbələrinin
hamısı birmənalı
şəkildə ermənilərin
Çar Rusiyasının
himayəsi ilə Qafqaza və İranın şimalına
(Cənubi Azərbaycana)
köçürüldüyünü dəfələrlə qeyd
etsə də, əksər çağdaş
erməni «tarixçilərinə»
və siyasətçilərinə
bu həqiqət sərf etmədiyi üçün onlar hələ də dünya oxucusunu çaşdırırlar. Onların dırnaqarası arqumentlərini
yerlə yeksan etmək üçün hörmətli tarixçi-alim
İsrafil Məmmədov
erməni müəllifi
T.M.Avetisyanın özünə
istinadən 1420-ci illərdən
(Pir Yaqub Hüseynoğlu dövründən)
1827-ci ilədək (Hüseyn
xan Qacarın (1807-1827)
dövrünədək İrəvan hökmdarlarının
siyahısını təqdim
edib. Bu da ermənilərin sonralar “Yerevan”a döndərdikləri İrəvanın bir şəhər və bir xanlıq kimi tarixdə mövcud olan bütün məlum dövrünü əhatə
edir. Buradakı bütün hökmdarlar türk olduğu halda, bəs bir neçə il öncə ermənilər guya «erməni şəhəri
İrəvan»ın
2500 illiyini hansı məntiqlə qeyd edirdilər?!..
Doğrudur, Rusiya tərəfindən «Erməni
vilayəti» yaradılanadək
( 1828-ci il martın
21-i) də ermənilər
Qafqaza köçməyə
davam etmiş, daha doğrusu, orta əsrlərin sonuna nisbətdə nəzərəçarpacaq intensivliklə
könüllü qaydada
mülklər almaq və fəhlə-sənətkar
kimi çalışmaq
yolu ilə İrəvan bölgəsinə
köçmələrini sıxlaşdırmışdılar.
Bu köçlər, xüsusən
də Çar Rusiyasının Qafqaza sahib olmaq üçün
aşkar savaşa başladığı XVII əsrin
sonundan daha fərqli sürət kəsb etməyə başlamışdı. «Erməni
vilayəti» adlandırılan
əyalətin başkəndi
İrəvanda 1828-ci ildə
azərbaycanlılar hələ
də mütləq əksəriyyət
- 75,6% təşkil edirdilər.
Bu rəqəm əsrin sonuna yaxın (1897) 43,1%-ə,
1916-cı ildə isə
24,4%-ə düşmüşdü.
Rusların da Cənubi Qafqaza köçürülməsi haqda Dövlət Şurası 1830-cu ildə
ayrıca qərar qəbul etmişdi.
Rusiya quberniyalarından «narazı»
rus (malakan) kəndliləri Şimali Azərbaycana, onun tərkib hissəsi olan İrəvan quberniyasına köçürüldu. Sektantların ilk köçü 1803-cü ildə
Zəngəzur mahalının
Nəzərçay kəndinə
gəldi.
Aborigen xalq xristian
idarəçiliyinin zülmü
altında inləyirdi.
Məhkəmələrdə hakimlər mütləq rus millətinin nümayəndələrindən təyin olunurdu. Hər beş nəfər məhkəmə
iclasçısının üçü rus, biri erməni, biri isə müsəlman
əhalidən seçilirdi.
Şəraitdən bəhrələnərək
ermənilər hər
cür imtiyazlardan istifadə edirdilər. Qafqazda, xüsusən də İrəvan çevrəsində etnik
«təmizləmə» siyasətinin
izləri hətta küçələrə, bağlara
kimi sirayət etməkdəydi. Birdən-birə
İrəvan küçələrinin
adları dəyişdirilərək
- Tsarskaya, Tserkovskaya, Ter-Quqasovskaya, Armyanskaya, Xotsents və s. adlandırılmağa başladı. Hətta İrəvan xanlığından
xatirə qalmış
bağ adlarını
da dəyişməyi
unutmadılar...
Çar Rusiyasının
Qafqazı işğal
etməsindən sonra burada türk yer adlarının erməni-rus adları ilə əvəzlənməsi
sonralar da davam etdirildi: Gümrü-Aleksandropol, Gəncə-Yelizavetpol
və başqaları
bu qəbildəndir.
Ancaq yer adlarının dəyişdirilməsi siyasəti
sovetləşmədən sonra
Ermənistanda daha böyük vüsət aldı.
Xüsusilə də
1935-ci il yanvarın 3-dən etibarən
Ermənistan ərazisində
görünməmiş bir
tarixi saxtakarlığa,
cinayətə əl ataraq bu məmləkətdəki
gerçək yer adlarının dəyişdirilməsinin
kütləviləşdirilməsinə
start verildi. Sovet hakimiyyəti qurulduqdan
1935-ci ilə qədər
bu ölkədə
190-dan artıq toponim dəyişdirilmişdisə, sonrakı
dönəmlərdə (Ermənistanın
müstəqillik əldə
etdiyi 1991-ci ilədək)
bu qəsdləri əsl soyqırım adlandıra bilərik.
Bununla qonşularımız
(hələ sovetlər
dönəmindən etibarən
də) YUNESKO-nun mədəni
dəyərlərin qorunması
haqqında 1954, 1970 və
1972-ci il konvensiyalarını kobud şəkildə pozmuşlar.
Ermənistanın başqa
bölgələrində olduğu
kimi, Talin rayonu ərazisində də yer, yaşayış
məskəni adlarını
dəyişdirməkdə təcrübəsi
dalana dirəndikcə
metodlarında “yeniləşmələrə”
əl atan ermənilər bəzi kənd adlarını sonralar “erməni redaktəsi”ndə vermişlər:
Haqqa-Akko, Gəlto-Qalto,Tilik-Tlik,
Məsdərə-Mastara, Aşna-Aşnak,
Əgərək-Aqarak, Dayan-Dian,
Zərincə-Zarnca və
b.
Ermənistanda türk
yaşayış məskəni
kimi tarixə düşmüş rayon adları
da bu minvalla
dəyişdirilmişdir: Aparan-
Abaran, Ani-Agin, Allahverdi-Tumanyan, Axta-Hrazdan,
Aşağı Qaranlıq-Martuni,
Barana-Noyemberyan, Basarkeçər-Vardenis,
Böyük Qarakilsə-Quqark,
Vedi-Ararat, Qarakilsə-Sisiyan,
Qəmərli-Artaşat, Qızıl
Qoç- Qukasyan, Düzkənd-Axuryan, Ellər-Abovyan,
Ərtik-Artik, Əştərək-Aştarak,
Zəngibasar-Masis, Karvansaray-İcevan,
Keşişkənd-Yeğeqnadzor, Kəvər-Kamo, Gorus-Qoris,
Sərdarabad-Hoktemberyan, Soylan-Əzizbəyov-Vayk,
Üçkilsə-Eçmiədzin, Hamamlı-Spitak, Çəmbərək-Krasnoselsk,
Calaloğlu-Stepanavan, Şəmşəddin-Berd.
Bu məqamda
Sərçəbet (el arasında:
Sərçəvet) adlı
bir kəndin nümunəsində Ermənistan
ərazisində bir məntəqənin ad dəyişməsinin
təfərrüatlarına nəzər salmaq istərdik:
Sərçəbet -
Xatırladaq ki, ermənilər bu adı “Sarçapet” formasına salaraq “orfoqrafik dəyişikliyə
uğratmış” - guya
erməniləşdirməyə nail olmuşdular. Əslində
dilimizə bələd
olan hər bir kəs Sarçapet
sözünün türk
dillərindən alınmış
mürəkkəb isim
olduğuna şübhə
etməz... Eyni bölgədəki Şahnəzər
kəndini də “Şaxnazar” adlandıraraq tələffüzündə ermənilik
yaratmaq istəyən qonşularımız, sonralar
bunun gülünc olduğunu duyunca, 1978-ci ildən başlayaraq, “Metsavan” adlandırmağa başladılar.
Xaqani İSMAYIL
Mədəniyyət.- 2010.- 5 mart.- S. 15.