Xanım zabitlərimiz ... generalımız

 

Onların arasında təyyarəçilər, gəmi kapitanları, tibb işçiləri olub

 

Azərbaycan tarixi qəhrəman qadınlarımızın şücaəti ilə zəngindir. Onların arasında diplomatlar, hökmdarlar, hətta sərkərdələr olub. Qəhrəmanlıq rəmzi kimi tarixə düşən Massaget hökmdarı Tomris, İran şahı Kirin Azərbaycana hücumunun qarşısını öz fərdi qəhrəmanlığı hünəri sayəsində almışdı. Bərdə hökmdarı Nüşabə Makedoniyalı İsgəndərlə görüşmüş, öz müdrikliyi dərin ağlı ilə onu sülhə çağırmış, dünya malı üçün qan tökməkdən çəkindirmişdi. XIII əsrin əvvəllərində Xarəzmşah Cəlaləddin Azərbaycana soxulanda Atabəylər dövlətinin sonuncu hökmdarı Müzəfərəddin Özbək Əlincə qalasına sığınmışdı. Onun Təbrizdə qalan arvadı Mehrican xatun 1225-ci ildə Təbrizli Şəmsəddinlə birlikdə Təbriz, Xoy, Naxçıvanın işğaldan azad olunmasında böyük hünər göstərmişdi.

 

Atabəy Şəmsəddin Eldəgizin zövcəsi, Məhəmməd Cahan Pəhləvan Qızıl Arslanın anası Möminəxatun ərinin oğlanlarının hakimiyyəti dövründə böyük siyasi nüfuza malik olmuşdu. Qaçaq Nəbinin ömür-gün yoldaşı Həcər əri ilə birgə əlində silah 25 ildən artıq at belində qaçaq həyatı keçirib, kəndli hərəkatında iştirak edib. 1776-cı ildə Dərbənd şəhərini idarə etmək Quba xanı Fətəli xanın arvadı Tuti Bikəyə tapşırılmışdı. O, ərinin döyüşdə öldürüldüyü haqda şayiələrə inanmayaraq şəhəri axıra qədər müdafiə etmiş, 9 ay düşməni Dərbəndə buraxmamışdı.

Azərbaycan qadınının qəhrəmanlığı, hünəri və sücaəti genetik kod olaraq qorunub saxlanılmış, gələcək nəsillərə ötürülmüşdür. Zaman yetişəndə, məqam düşəndə qadınlarımız öz hünər bacarıqlarını nümayiş etdiriblər. İkinci Dünya müharibəsindən sonra qadınların hərbi sahədə fəaliyyəti genişləndi. Müharibədən sonra Azərbaycanda hərbi sahədə yüksək rütbəli ilk qadın təyyarəçi, ilk qadın gəmi kapitanı meydana çıxdı. İncə zərif qadın həyatı ilə tərs-mütənasib olan hərb sahəsində fəaliyyət göstərən yüksək rütbəli hərbçi qadınlarımızın şərəfli ömür yoluna ekskurs edək.

 

* * *

 

Leyla Məmmədbəyova təkcə Azərbaycan tarixində deyil, o cümlədən Qafqazda, Cənubi Avropada Yaxın Şərqdə ilk qadın təyyarəçi aviasiya mayoru rütbəsinə yiyələnmişdi. O, təhsilini Bakı aeroklubunda alıb, ilk uçuşunu 1931-ci ildə yerinə yetirib. Təhsilini 1932-ci ildən Moskvada davam etdirən Məmmədbəyova 1933-cü il martın 17-də Moskvanın Tuşino aerodromunda «U-2» təyyarəsindən paraşütlə atılaraq Nina Kamnevadan sonra SSRİ-nin ikinci qadın paraşütçüsü adına sahib oldu. 1941-ci ildən aviasiya mayoru rütbəsini daşıdı. Sonralar hərbçi peşəsini Bakı aeroklubunda müəllim kimi davam etdirib. Yetkinlik yaşına çatmamış 4 uşaq anası olduğundan Məmmədbəyovanı Böyük Vətən müharibəsinə aparmayıblar. O, müharibə illərində yüzlərlə desantçı 4 min paraşütçü hazırlayıb cəbhəyə yollayıb. Yetirmələri arasında iki nəfər Sovet İttifaqı Qəhrəmanı adını alıb. Təyyarəçi karyerasını 1949-cu ildə başa vurub. 1961-ci ildə isə təqaüdə çıxıb. Böyük oğlu Firudin II Dünya müharibəsində, kiçik oğlu Xanlar isə Qarabağda vuruşub.

Dürrə Məmmədova-Kosmodemyanskaya II Dünya müharibəsi iştirakçısı, baş leytenant, SSRİ tibb xidməti əlaçısı olub. 1981-ci ildə Azərbaycan SSR əməkdar səhiyyə işçisi adını alıb. Müharibənin ilk günlərindən könüllü cəbhəyə gedib, Qara Dəniz Donanmasında hərbi hospitalda çalışıb, Novorossiysk uğrunda gedən döyüşlərdə 18-ci ordunun tərkibində tibb işçisi kimi iştirak edib. 1948-ci ildə ordudan tərxis olunub. 1949-51-ci illərdə Leninqradda (Sankt-Peterburq), 1951-61-ci illərdə Uzaq Şərqdə hərbi hospitallarda işləyib, orden medallarla təltif olunub.

Sona Nuriyeva da ilk təyyarəçi qadınlardan biri olub. O, Bakı təyyarəçilər klubunda yetişib, 1936-cı ildə Bataysk təyyarəçilik məktəbini bitirib, Azərbaycan Mülki Aviasiya İdarəsinin təyyarəçisi olub. 1945-ci ildən beynəlxalq hava xəttində (Almaniya, Bolqarıstan, Yuqoslaviya, Polşa s.) qulluq edib. 1949-68-ci illərdə Zabrat aeroportunda işləyib. SSRİ Ali Sovetinin deputatı olub. Ordenlərlə təltif edilib.

Aliyə Fətulla qızı Rüstəmbəyova II Dünya müharibəsi qəhrəmanı, partizan hərəkatının iştirakçısı olub. 1935-ci ildə 1-ci Leninqrad Tibb İnstitutunu bitirəndən sonra Özbəkistanda, 1938-ci ildən isə Moskvada Həkimləri Təkmilləşdirmə İnstitutunda çalışıb. Müharibənin ilk günlərindən Moskva, sonra Smolensk yaxınlığında tibb-sanitar batalyonunda xidmət edib. 1941-də əsir düşüb, 1942-ci ilin əvvəllərində əsirlikdən qaçıb, Smolensk meşələrində fəaliyyət göstərənDeduşka" partizan dəstəsinə qoşulub. Tibb-sanitar batalyonunun rəisi işləyib. Döyüşlərin birində həlak olub.

Züleyxa Seyidməmmədova kapitan rütbəli təyyarəçi olub. 1935-ci ildə Bakı aeroklubunu, 1936-cı ildə Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunu, 1941-ci ildə N.Y.Jukovski adına Hərbi Hava Akademiyasını bitirib. II Dünya müharibəsində qırıcı təyyarəçi qadınlardan ibarət qırıcı aviasiya polkunun komandir müavini olub, 500-dən artıq döyüş uçuşu keçirib. 1952-75-ci illərdə Azərbaycan SSR-nin ictimai təminat naziri, həmçinin Azərbaycan SSR Ali Sovetinin deputatı olub. Dövlət təltifləri var.

Növbəti qəhrəmanımız təyyarəçi yox, gəmi kapitanı Şövkət Səlimovadır. 1940-cı ildə Bakı Dənizçilik Məktəbini bitirib. II Dünya müharibəsində Xəzər Gəmiçiliyi İdarəsində kapitan müavini kapitan işləyib. Həmin illərdə dünyada iki qadın gəmi kapitanından biri olub. 1954-74-cü illərdə Azərbaycan Dövlət Neft Kimya İnstitutunda dosent, prorektor kafedra müdiri, 1964-dən isə Azərbaycan Dövlət Konservatoriyasında kafedra müdiri işləyib.

Xaricdə yaşayan hərbçi azərbaycanlı qadınlar da var. Onların əksəriyyəti İranda polis qadın taborunda xidmət edir. ABŞ-da fəaliyyət göstərən əslən güney azərbaycanlı olan qadın təyyarəçi var. Kapitan Səhər Sələhşur hazırda ABŞ-da yaşayır ümumilikdə 10 min saat uçuş edib. Təbrizdə doğulan 27 yaşlı S.Sələhşur hazırda ABŞ-da mühacirət həyatı yaşayır sərnişin təyyarəsinin pilotudur. Onun ailəsi 12 il əvvəl İran rejiminin zülmündən qaçaraq Amerikaya gedib.

Ən yüksək rütbəli azərbaycanlı qadın Natəvan Mürvətovadır. Hazırda Milli Təhlükəsizlik Nazirliyində idarə rəisi işləyən Mürvətova, dövlət başçısı İlham Əliyevin sərəncamı ilə general-mayor rütbəsinə layiq görülüb. Azərbaycanın müdafiə təhlükəsizlik sektorunda mayor, polkovnik-leytenant polkovnik rütbələrində onlarla xanım xidmət edir. Onlar əsasən tibb kargüzarlıq işləri ilə məşğuldur.

Silahlı qüvvələrdə xidmət edən yüksək rütbəli qadın hərbçilərin çoxu mülki təhsillidir. Hərbi təhsilli qadın zabitlər hazırda baş leytenant kapitan rütbələrindədir, onlar hərbi təhsili bir neçə il əvvəl Azərbaycan Ali Hərbi Məktəbində alıb, Təlim Tədris Mərkəzində ixtisas kursu keçiblər. Qoşunlarda xidmət edən qadınlar arasında ən yüksək rütbəliləri polkovnik-leytenantdır. Hazırda Daxili Qoşunlarda (DQ) 4 qadın polkovnik-leytenant rütbəsini daşıyır. DQ Baş İdarəsi katibliyinin mətbuat xidmətinin rəisi vəzifələrini polkovnik-leytenant rütbəli qadınlar icra edirlər.

Qadın hərbi qulluqçularının sayına görə birinci yerdə dayanan Dövlət Sərhəd Xidmətində 1 polkovnik, onlarla polkovnik-leytenant mayor rütbəli qadın çalışır.

Müdafiə Nazirliyi strukturunda da polkovnik-leytenant rütbəsini daşıyan qadınlar çalışır. Onlardan biri MN-in poliklinikasının rəisidir. Ümumilikdə MN strukturunda da 300-ə yaxın qadın hərbçinin çalışdığı bildirilir. Onlar əsasən tibb, rabitə, kargüzarlıq işləri s. sahədə çalışır, çoxu da hərbi xidmətə ehtiyatdan çağırılıb.

 

 

Fəxriyyə ABDULLAYEVA

 

Mədəniyyət.- 2010.- 5 mart.- S. 8.